Tarix

"SISTEMNIE TEXNOLOGII" şirkəti 1998-ci ildə təsis edilib. İlkin kollektivin tərkibində sadəcə 5 əməkdaş vardı və bunlar 1995-ci ildən etibarən avtomatlaşdırılmış bank sistemlərinin yaradılmasında birbaşa iştirak etmişlər.

"SISTEMNIE TEXNOLOGII" əvvəlcə əsas diqqətini bank informasiya texnologiyaları bazarına yönəltmişdi. Şirkətin əsas fəaliyyət istiqaməti bankların fəaliyyətinin kompleks avtomatlaşdırılması sisteminin işlənib hazırlanması, tətbiqi və müşayiəti olmuşdur.

Şirkətin mütəxəssisləri ST-Bank kompleks avtomatlaşdırılmış bank sistemini işləyib hazırlamışlar. Belarus Respublikasının ən böyük banklarından biri olan Priorbank ASC şirkət tərəfindən işlənib hazırlanmış proqram təminatını işlədir.

1998-ci ildə "SISTEMNIE TEXNOLOGII" şirkəti proqram təminatının tərtibatı üzrə dünyada aparıcı şirkətlərindən biri olan SYBASE şirkətinin sistem inteqratoru statusunu alaraq onun məhsullarını Belarus Respublikasında təmsil etməyə başlayır, 1999-cu ildən isə əlavə olaraq Sybase Solutions Partner statusunu alır.

1999-cu ildən etibarən "SISTEMNIE TEXNOLOGII" şirkəti bank informasiya texnologiyaları bazarında ST-Elektron bank, ST-Valyuta köçürmələri, ST-Depo, ST-Cash kimi bir sıra yeni proqram məhsullarını təqdim edir. Şirkət Belarus Respublikasının geniş filial və şöbələr şəbəkəsinə malik olan aparıcı bankları ilə çalışır: "Belarusbank" SƏB, "Belpromstroybank" ASC, "Priorbank" ASC, "Belvneshekonombank" ASC və s.

2000-ci ildən etibarən "SISTEMNIE TEXNOLOGII" şirkəti lizinq və nəqliyyat xidmətləri təmin edən şirkətlərin fəaliyyətinin avtomatlaşdırılması sahəsində bir sıra müvəffəqiyyətli layihələr işləyib hazırlayır.

2001-ci ildə "SISTEMNIE TEXNOLOGII" şirkəti 1C firması ilə françayzinq müqaviləsi bağlayır. Indi şirkət 1C firmasının proqram məhsullarının satışı, quraşdırılması, sazlanması, tətbiqi, müşayiəti və istifadəçilərin konsultasiyası və təlimi ilə əlaqədar xidmətlər təmin edir. 1C firması ilə tərəfdaşlıq çərçivəsində Sistemnıe texnologii şirkəti bu şirkətin 25 mütəxəssisinin təlimi və sertifikatlaşdırılmasını keçirir, həmçinin öz istehsalı olan MailBank Elektron Ödənişlər Sisteminin proqram təminatı ilə əlaqədar 1C: Müvafiq sertifikatını alır. Bu gün Sistemnıe texnologii şirkəti 1C: Müəssisə proqramları sistemi bazasında Belarus Respublikasının ən böyük sənaye müəssisələrinin fəaliyyətinin avtomatlaşdırılmasını həyata keçirir; bu müəssisələr arasında Belarusneft İstehsalat Birliyi Respublika Unitar Müəssisəsi (RUM), "Kriniça" ASC, "Santa Bremor" Müştərək Müəssisəsi MMC vardır.

2002-ci ildə "SISTEMNIE TEXNOLOGII" şirkəti Microsoft şirkətinin sertifikatlaşdırılmış tərəfdaşı statusunu alır. Microsoft ilə tərəfdaşlıq şirkəti öz layihələrində ən öncül texnologiyalardan istifadə etmək və sifarişçilərimizi Belarus tərəfdaşının mütəxəssisləri tərəfindən Microsoft məhsullarının dəstəklənməsi imkanı ilə təmin etmişdir.

2002-ci ildə "SISTEMNIE TEXNOLOGII" şirkəti İnfopark milli elmi-texnoloji şirkətinin üzvü olur.

2003-cü ildən etibarən "SISTEMNIE TEXNOLOGII" şirkəti Belqosstrax Belarus Respublika Unitar Sığorta Müəssisəsinin (BRUSM) inteqrasiya edilmiş avtomatlaşdırılmış informasiya sisteminin birinci mərhələsinin işlənib hazırlanması, tətbiqi və müşayiəti işlərinə başlayır. Həmin ildə N.N.Aleksandrov adına Onkologiya və Tibbi Radiologiya Elmi-Tədqiqat İnstitutu (OTR ETİ) Dövlət Müəssisəsinin (DM) müalicəvi proseslərlə idarə edilməsi üzrə inteqrasiya edilmiş avtomatlaşdırılmış informasiya sisteminin işlənib hazırlanması ilə əlaqədar işlər başlanır.

2004-cü ildən etibarən "SISTEMNIE TEXNOLOGII" sisteminin proqram məhsulları xəttində ST-Lizinq, ST-Sığorta, ST-İstehsal, ST-Tibb və Nefteproduktoobespeçenie KİS kimi yeni məhsullar meydana çıxır.

2006-cı ildə "SISTEMNIE TEXNOLOGII" şirkəti Yüksək Texnologiyalar Parkının rezidenti olur.

2006-cı ilin sonunda "SISTEMNIE TEXNOLOGII" şirkətinin yeni məhsul xətti meydana çıxır; bura ST.BANK.İT inteqrasiya edilmiş bank sistemi, ST.SIĞORTA.İT inteqrasiya edilmiş sığorta sistemi, ST.İSTEHSAL.İT inteqrasiya edilmiş avtomatlaşdırılmış sistemi, ST.TİBB.İT inteqrasiya edilmiş avtomatlaşdırılmış sistemi, ST.LİZİNQ.İT inteqrasiya edilmiş avtomatlaşdırılmış sistemi və ST.MÜƏSSİSƏ.İT inteqrasiya edilmiş avtomatlaşdırılmış sistemi kimi sistemlər daxildir.

2006-cı ildə "SISTEMNIE TEXNOLOGII" şirkəti keyfiyyətin idarə edilməsi sisteminin STB İSO 9001-2001 standartına uyğunluğunu təsdiq edən müvafiqlik sertifikatını aldı. Sertifikatlaşmadan keçmə "SISTEMNIE TEXNOLOGII" MMMM-in (Məhdud Məsuliyyətli Müştərək Müəssisəsinin) müəssisədə idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində növbəti addımı və onun tətbiqi və müşayiəti ilə əlaqədar proqram təminatının və xidmətlərin işlənib hazırlanması proseslərinin dünya standartlarına tam uyğunluğunun, həmçinin işlənib hazırlanan proqram təminatının yüksək səviyyəli keyfiyyətini təmin etməsinin təsdiqi oldu.

2007-ci ildə "SISTEMNIE TEXNOLOGII" şirkəti Oracle tərəfdaşı statusunu aldı.

2007-ci ilin sonunda "SISTEMNIE TEXNOLOGII" şirkəti tərkibində üç tərəfdaş şirkəti: "SISTEMNIE TEXNOLOGII" MMMM, "Marko" MMC və "ROND" MMC şirkətlərini birləşdirən ST Qrup innovasiya birliyinin yaradılmasını elan etdi.

2007-ci ildə innovasiya birliyi müvəffəqiyyətlə MDB ölkələri bazarlarına çıxdı. Bu gün bizim proqram təminatımızın Rayffayzen Bank Aval ASC (Ukrayna), Azərbaycan Milli Bankı, AZERİQAZBANK ASC, Bank Standard QSC KB kimi banklarda tətbiqi və müşayiəti inamlı templə irəliləyir.

2010-cu ildə şirkətin Belarusun informasiya texnologiyaları sahəsində aparıcı ali təhsil müəssisəsi ilə fəal əməkdaşlığı başlandı - "SISTEMNIE TEXNOLOGII" və BDİRU-nun müştərək yaradıcı laboratoriyası açıldı.

2011-ci ildə "SISTEMNIE TEXNOLOGII" şirkəti Belarus bazarına çözüm təchiz edən YTP rezidenti olan şirkətlər arasında birinci yeri tutdu. Həmin ildə şirkət Belarus bazarı üçün ən yaxşi çözümlər təchizatçısı nominasiyasında informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Qızıl Bayt mükafatını aldı.

Bundan əlavə, əməkdaşlar üçün yaxşı əmək şəraitləri də qeyd edildi: "SISTEMNIE TEXNOLOGII" şirkəti Bütün qiymətləndirilən parametrlər üzrə öz əməkdaşlarının maksimal dəyərləndirməsini alan Şirkət nominasiyasında bürünc mükafat aldı (200-dən çox əməkdaş).

2011-ci ilin may ayında Sistemnıe texnologii şirkəti İnternetBank proqram məhsuluna Belarusda ilk müvafiqlik sertifikatını aldı.

2011-ci ildə Belsoft-Borlas Qrupp şirkəti ST Qrup innovasiyalar birliyinə qoşuldu.

2012-ci ildən ST.BANK.İT ailəsinin məhsulları aktiv şəkildə Oracle platformasına köçürülürlər. "SISTEMNIE TEXNOLOGII" şirkəti həmçinin Oracle PartnerNetwork (OPN) proqramı çərçivəsində “Gold” (Qızıl - tərc.) səviyyəli tərəfdaş statusunu da almışdır.

Eyni ildə "SISTEMNIE TEXNOLOGII" şirkəti Qızıl bayt – 2001 müsabiqəsinin əsas nominasiyası olan İlin səhmdarı nominasiyasında ikinci yeri tutmuşdur. 2012-ci ilin yayında Android və Apple iOS üçün Belarusda ilk ixtisaslaşmış internet bankçılıq qoşması buraxılmışdır. Priorbank ASC-nin müştəriləri Android və Apple iOS əməliyyat sistemləri bazasında mobil cihazlar üçün internet bankın xüsusi versiyalarından istifadə edə bilərlər.

2012-ci ildə ST Qrup İnnovasiya Birliyi yenidən holdinq şəklində təşkil edilmişdir.

2013-cü ildə IT.TUT.BY Sistemnıe texnologii şirkətinin mütəxəssisləri tərəfindən işlənib hazırlanmış Priorbank ASC mobil bankçılıq qoşmasının icra keyfiyyəti və funksionallığına görə ən yaxşı qoşma olduğunu təsdiq etmişdir.

ST Qrup holdinqinin nümayəndələri 2-ci Belarus-Azərbaycan biznes-forumunun işində, həmçinin TİBO 2013 telekommunikasiyalar, informasiya və bank texnologiyaları üzrə beynəlxalq ixtisaslaşmış forumda fəal iştirak etmişlər; sonuncu forumun gedişində "SISTEMNIE TEXNOLOGII" şirkəti bank sferasının avtomatlaşdırılması üçün özünün ən yeni layihələrini təqdim etmişdir.

Baharda BDU-nun əsas korpusunda ST Qrup holdinqinin və BDU-nun sənaye proqramlaşdırılması sahəsində “Tankların döyüşü oyununun yaradılması” adı altında yeni müştərək layihəsinin prezentasiyası keçirilmişdir.

ST Qrup holdinqi həmçinin BankİT’2013 forumunun 10-cu yubiley forumunun Qızıl tərəfdaşı qismində çıxış etmişdir.

2014-cü il holdinqin bütün şirkətləri üçün çox fəal bir il olmuşdur. Şirkətlər ilk dəfə öz konfrans və seminarlarının təşkili praktikasını tətbiq etmişlər. Sənaye müəssisələrinin İT rəhbərlərinin “Müəssisənin resurslarının idarə edilməsi üçün informasiya sistemlərinin (ERP sistemlərinin) yaradılması və tətbiqi təcrübələri” mövzusunda görüşü uğurlu keçdi, bundan dərhal sonra Oracle şirkətinin Belarus Respublikasında nümayəndəsi olan şirkətlərlə (Compit Group və Elko.by) birlikdə təşkil edilmiş 2 konfrans: “Oracle aparıcı sənaye platformasında biznesin effektivliyinin avtomatlaşdırılması və effektivliyinin analizi”, həmçinin “ORACLE BUSINESS INTELLIGENCE: biznesin effektivliyinin analizi. Rusiya və Belarus təcrübəsi” konfransları keçirildi.

2014-cü ilin ikinci kvartalı planşetlər üçün İnternet-bank mobil qoşmasının (TabletBank) ilk versiyasının çıxışı ilə yadda qalmışdır.

2014-cü ilin yayında yenidən strukturlaşdırma nəticəsində əvvəllər ST Qrup holdinqinin tərkibində konsolidasiya edilmiş Sistemnıe texnologii, Belsoft-Borlas qrup və ROND şirkətləri Sistemnıe texnologii şirkətinin tərkibinə daxil oldu. Şirkətlərin birləşdirilməsi maliyyə, bank və sənaye sferaları üçün proqram təminatının işlənib hazırlanması üzrə vahid mərkəzin təməli oldu.

Eyni ildə "SISTEMNIE TEXNOLOGII" şirkəti Qızıl Bayt-2014 Milli Mükafatının təqdim edilməsi mərasimində Belarus bazarı üçün ən böyük çözümlər təchizatçısı nominasiyasında qalib adını qazanmağa müvəffəq oldu.

İlin yekunları bank sahəsinin nümayəndələri üçün unikal interaktiv meydanda - ST Event'2014-də müzakirə edilmişdir.

"SISTEMNIE TEXNOLOGII" şirkəti belarus bazarında İT-xidmətlərinin istehsalçılarınin arasında birinci olmuş, həmçinin reallaşdırma həcminə görə şirkət Yüksək Texnologiyalar Parkı şirkətlərinin TOP.10-luğuna və sayına görə ən böyük şirkət-rezidentlərin TOP.10-luguna daxil olmuşdur.

2015-ci ilin mayda "SISTEMNIE TEXNOLOGII" şirkəti icrası çərçivəsində şirkətin firma üslubunun və loqotipinin dəyişdirildiyi, şirkətin yeniləşdirilmiş korporativ saytının işə salındığı və yeni ofisinin açılışının həyata keçirildiyi rebrendinqi başa çatdırdı.

2015-ci ildən “SISTEMNIE TEXNOLOGII” SAS Institut və Misys adlı aparıcı xarici şirkətlərin rəsmi tərəfdaşıdır, həmçinin Belarus bankları Assosiasiyasının üzvüdür.

2016-cı ildə «SİSTEMNIE TEXNOLOGİİ» şirkəti Belarusda ilk ödəniş çat-botu olan BYNgo-nu işə salmışdır ki, onun köməyi ilə bir neçə müştərinin aktual ödənişlərini həyata keçirmək mümkündür.

Şirkətin əməkdaşları BR-nın rəsmi pul vahidinin denominasiyası ilə əlaqədar müxtəlif tədbirlərdə səmərəli fəaliyyət göstərmişlər. Müştərilərin reaksiyaları iş prosesinin keyfiyyətli təşkilinin sübutu olmuşdur.

Həmçinin 2016-cı ilin avqust ayında Infobank.by Priorbank ASC-dən yenilənmiş İnternet bankı protest etmişdir. Məhsul yüksək qiymət almışdır – 100 mümkün baldan 92 bal, İnternet-bank istifadəçilərinə təklif olunan geniş xidmətlər və əməliyyatlar siyahısı, həmçinin səhifələrin fərdiləşdirilməsi ehtimalı qeyd olunmuşdur.

Rəhbərlikdə dəyişiklik edilmişdir – Andrey Nikolayeviç Korşakov şirkətin Baş Direktoru vəzifəsində Aleksandr Yevgenyeviç Mukovozçiki əvəz etmişdir. SİSTEMNIE TEXNOLOGİİ şirkətinin 2017-19-cu illər üzrə strategiyası qəbul edilmişdir.

Sosial şəbəkələrdə Share
Sonrakı
Rəhbərlik