Rəhbərlik

Andrey Korşakov

SISTEMNIE TEXNOLOGII MMMM-in Baş Direktoru

Andrey Korşakov öz karyerasını proqram təminatının işlənməsi üzrə mütəxəssis qismində başladığı Sistemnıe texnologii şirkətində 2002-ci ildən çalışır. Bu, əsas diqqətini banklar üçün çözümlərin tərtibatına yönəltmiş kiçik, lakin birləşmiş bir kollektiv idi. Zaman keçdikcə şirkət böyüyüb Belarus Respublikasında bank və sənaye sahələri üçün çözümlər təmin edən ən böyük İT şirkətlərdən birinə çevrilmişdir.

Aleksandr Jukovskiy

Baş Direktorun müavini

Aleksandr ukovskiy öz karyerasına Priorbank ASC-nin İnformasiya Rejimi və Mühafizəsi Şöbəsində başlamışdır. Sonra Belfinlizinq MMC-də rəhbər vəzifələrdə (direktor müavini, direktor) olmuşdur. 2006-cı ildə Sistemnıe texnologii MMMM-də direktor müavini vəzifəsinə keçmişdir. Heyətin idarə edilməsi, maliyyə siyasəti, şirkətin fəaliyyətinin hüquqi aspektləri kimi məsələlərə nəzarət etmişdir. 2008-ci ildə Marko MMC-nin və Marko+ MMC-nin direktoru olmuşdur. Bu gün Sistemnıe texnologii MMMM-in Baş Direktorunun müavini vəzifəsində çalışır, maliyyə, kadrlar məsələlərinə nəzarət edir, təhlükəsizlik və təsərrüfat təminatı kimi məsələləri idarə edir. İki ali təhsili var – BDU-nun coğrafiya fakültəsini və Belarus Dövlət İqtisad Universitetinin (BDİU) hüquq fakültəsini bitirmişdir. Bundan əlavə, Leon Kazminski adına Sahibkarlıq və İdarəetmə Akademiyasında (Varşava, Polşa) biznes inzibatçılığı üzrə magistr dərəcəsini almışdır.
Bu gün bütün kollektivin inteqrasiyasını özünün əsas funksiyası hesab edir.

Aleksandr Lazaryonok

Baş Direktorun müavini

Baş Direktorun müavini qismində Aleksandr Lazaryonok sifariş edilən proqram təminatının, şirkətin müəssisələrin resurslarının idarə edilməsi sahəsində sənaye sektoru üçün çözümlərinin (ERP) və inteqrasiya çözümlərinin işlənib hazırlanmasına görə məsuliyyət daşıyır. İT sənayesində 30 ildən çox iş təcrübəsi ilə veteran olan Aleksandr EHM ETİ, Mebius, Belsoft, Belsoft-Borlas qrupp şirkətlərində çalışmışdır.
1984-cü ildə V.İ.Lenin adına Belarus Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.

Sergey Kravçenko

Baş Direktorun müavini

Belarus dövlət iqtisad universitetini «Xarici iqtisadi fəaliyyət sahəsində maliyyə və kreditlər» ixtisası üzrə bitirib (maliyyə və bank işləri fakultəsi). İqtisad elmləri üzrə magistrdir. 2005-ci ildən «Priorbank» ASC-nin nəzarət və strateji planlaşdırma departamentində işləyib. 2010-cu ildə maliyyə idarəetməsinə rəhbərlik etməklə «SİSTEMNIE TEXNOLOGİİ» MMBM-də işləməyə başladı. İndi o Baş direktorun müavini olaraq, məhsulların və xidmətlərin Belarus Respublikasında və xaricdə yayılması işinə rəhbərlik edir.

Yaroslav Konstantinov

Baş Direktorun müavini

İki ali təhsilə malikdir: BDU-nin fizika fakultəsini bitirib və BDİU-də iqtisadiyyat üzrə təhsil alıb. «Priorbank» ASC-nin nəzarət və strateji planlaşdırma departamentinin Direktoru vəzifəsində işlədikdən sonra «SİSTEMNIE TEXNOLOGİİ» şirkətinə keçib və orada inkişaf üzrə icraçı dierktor vəzifəsində çalışıb. 2017-ci ildən etibarən Baş direktorun müvaini vəzifəsini icra edir.

Sosial şəbəkələrdə Share
Sonrakı
Üstünlükləri