“İnnovasiyalar.Banklar” II Beynəlxalq praktik konfransı keçirildi

25.04.2014

“İnnovasiyalar.Banklar” II Beynəlxalq praktik konfransı keçirildi


Belarus Respublikasının Milli Bankının Rəyasət Heyətinin Sədri Sergey Dubkov giriş sözü ilə çıxış edərək qeyd etdi ki, elektron bankçılıq Belarus bank sisteminin effektiv inkişafının əsas vasitəsi olmalıdır. Belarus Dövlət Universitetinin İqtisad fakültəsinin dekanı Mixail Kovalyov öz məruzəsində bütün konfrans üçün ideya yüklü olan bir fikir ifadə etdi: “Müasir bank pullarla işləyir - bank informasiya ilə işləyir”. Milli Bankın bank ödəniş kartları və elektron pulların inkişafı şöbəsinin rəisi Lyudmila Stefanoviç Milli Bankın müstəsna olaraq çipli plastik kartlara keçmək planından söhbət açdı. Belarus Respublikasında ticarət ekvayrinqinin (acquiring - əldə etmə - tərc.) perspektiv inkişaf istiqamətləri haqqında konfransda müstəqil ekspert qismində çıxış edən, BELKART Ödəniş sistemi QSC-nin direktoru Aleksandr Sotnikov danışdı. “Müştəri-bank” qarşılıqlı əlaqələri problemini öz məruzəsində IDNT brendinq şirkətinin (Ukrayna) baş direktoru Nikolay Çumak qaldırdı; Ukraynada bank bazarının eksperti Yevgeniy Plotiça öz növbəsində bankçılığı gələcəkdə dəyişdirməli olan tendensiyaları vurğuladı.

Konfransın tərəfdaşı - ST Qrup holdinqi bank biznesi üçün bir neçə proqram işləməsi təqdim etdi. Viktoriya Stoma (Belsoft-Borlas qrup LTD) bankın operativ hesabatları ilə iş üçün mobil proqramlardan (Bank Aktivliyinin Monitoru), Vasili Malışev (Sistemnıe Texnologii MMMM) debitor borclarını qaydaya salmağa kömək edən “Collection” modulunu ətraflı nəzərdən keçirdi, Tatyana Çıbulkina (Sistemnıe Texnologii MMMM) bankın müştəriləri olan hüquqi şəxslər üçün xüsusi maraq təşkil edən InternetBank sistemini və MobileBank Business mobil proqramını təqdim etdi, bankın keçirdiyi marketinq kampaniyalarının və reqlament göndərişlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulan Kampaniyalar meneceri modulunun üstünlükləri isə Volkov Andreyin məruzəsində (Sistemnıe Texnologii MMMM) ətraflı şəkildə təqdim edildi.


Sosial şəbəkələrdə Share
Sonrakı
Türkmənistan hökumət nümayəndə heyəti ST Qrup holdinqini ziyarət etmişdir