12-ci BankİT Forumu: Maliyyə biznesinin rəqəmsal texnologiyalarında yeni söz.

11.09.2015

12-ci BankİT Forumu: Maliyyə biznesinin rəqəmsal texnologiyalarında yeni söz.


18-20 noyabr 2015-ci ildə Minskdə bank informasiya texnologiyaları mövzusunda BankİT'2015 12-ci Beynəlxalq forumu keçiriləcək. Sistemnıe texnologii şirkəti Forumun Gümüş tərəfdaşı qismində çıxış edəcək.

Artıq ənənəvi biznes hadisəsinə çevrilmiş Forum maliyyə və İT sferalarının nümayəndələrini, həmçinin hökümət orqanlarını maliyyə biznesinin inkişafı ilə əlaqədar əhəmiyyətli məsələlərin müzakirəsi üçün bir araya toplayır.

Tədbirin təşkilatçıları Belarus Respublikasının Milli Bankı, İnfopark Assosiasiyası və Belarus Bankları Assosiasiyasıdır.  

Təşkilati komitetin qərarı ilə 2015-ci ildə Forumun auditoriyasının heyəti genişləndirilib, Belarusun sığorta, lizinq, mikromaliyyə və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak etmək üçün əlavə cəlb olunacaqlar. O cümlədən yeni hədəf - informasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə maliyyə biznesinin inkişaf etdirilməsi də qəbul edilib. Bu ilin tədbirində əsas diqqət maliyyə biznesinin rəqəmsal transformasiyasına yönəldilib.

DSC_7458.JPG

Hər il yeni çözümlərin və müzakirə ediləsi aktual məsələlərin sayı artdığından bu il günlərin sayı da artır və Forum üç gün sürəcək. Birinci gün artıq bərqərar olmuş ənənəyə əsasən maliyyə biznesinin inkişafı ilə əlaqədar strateji məsələlərə həsr ediləcək. Həm Belarusun, həm də yaxın xarici ölkələrin ekspertləri rəqəmsal dövrdə bank xidmətlərinin transformasiyası təcrübələrini paylaşacaqlar, pərakəndə maliyyə xidmətlərinin gələcəyinə dair təsəvvürlərini ifadə edəcəklər və "rəqəmsal dünyada bankın biznes-strategiyası həyata qadirdirmi?" mövzusunu qaldıracaqlar. Bundan əlavə, tədbir çərçivəsində iştirakçılar çox səs-küyə səbəb olmuş kriptovalyutaların inkişafı və bank sferasında blokçeynin inkişafı perspektivlərini müzakirə edəcəklər. Tənzimləyici öz növbəsində müasir inkişaf mərhələsində maliyyə fəaliyyətinin informasiya təminatı sahəsində siyasətindən söhbət açacaq.

İkinci və üçüncü günlər bölmələr və master-klasslar çərçivəsində açıqlanacaq ixtisaslaşmış mövzulara həsr edilib.

  • Biznesin effektiv idarə edilməsi;
  • Müştərilərə göstərilən xidmətlərin təmin edilməsi; 
  • Bank biznesinin rəqəmsal transformasiyası;
  • İT-nin idarə edilməsi; 
  • Biznesin fasiləsizliyi; 
  • İdentifikasiya və autentifikasiya; 
  • İnformasiyanın mühafizəsi;
  • Bulud texnologiyaları.
Forumun yerləşəcəyi meydan Prezident-otel mehmanxanası olacaq. Bu il iştirakçıların ehtimal edilən sayı 1200-dən çoxdur.

BankİT iştirakçıları informasiya imkanları ilə təmin edir ki, bunların sayəsində Siz öz iş əlaqələrinizi genişləndirəcək, yeni tərəfdaşlar əldə edəcək və yeni bazarlara çıxacaqsınız.

Forum haqqında ətraflı məlumat bankit.by.saytında yerləşdirilib bankit.by
  
Логотип БанкИТ 15

Sosial şəbəkələrdə Share
Sonrakı
"Səlahiyyətləri idarə edirik" treninqi yüksək qiymətləndirildi