2014-cü ildə Infobank.by portalının tədqiqatlarının nəticələri üzrə Bankların mükafatlandırılması keçirilmişdir

09.02.2015

2014-cü ildə Infobank.by portalının tədqiqatlarının nəticələri üzrə Bankların mükafatlandırılması keçirilmişdir


Tədbir 5 fevral 2015-ci ildə Viktoriya Olimp Otel mehmanxana kompleksinin Kalqari konfrans zalında keçirilmişdir. Mətbuat konfransının gedişində Milli Bankın bank ödəniş kartları və elektron pulların inkişafı Şöbəsinin baş mütəxəssisi Oksana Saçkovskaya elektron pullardan istifadə prosedurunda ən əhəmiyyətli dəyişikliklərə aydınlıq gətirmiş, elektron pul kisələrinin icbari identifikasiyası, həmçinin fiziki şəxs olan sakinlərə qeyri-sakinlərdən elektron pulları birbaşa əldə etmənin qadağan edilməsi haqqında söz açmışdır.

Infobank.by-nin müstəqil müxbirləri tərəfindən qiymətləndirilmiş belarus banklarının bir neçə nominasiyada mükafatlandırılması keçirilmişdir: “İstehlakçı təcrübəsi - 2014”, “Android mobil proqramı - 2014”, “Xalq reytinqi - 2014”, “Ən həssas bank - 2014”.

Biz çox şadıq ki, Infobank.by-nin reytinqindəki ən yaxşı banklar siyahısında bizim şirkətin müştəriləri də var. Reytinqin bütün iştirakçılarını, namizədlərini və qaliblərini səmimi qəlbdən təbrik edirik!


Sosial şəbəkələrdə Share
Sonrakı
Yeni İliniz mübarək!