Bütün bank avtomatlaşdırması 2015 mövzusunda II Beynəlxalq Forumun nəticələri

29.10.2015

Bütün bank avtomatlaşdırması 2015 mövzusunda II Beynəlxalq Forumun nəticələri


14-15 oktyabr 2015-ci ildə Moskva şəhərində “Bütün bank avtomatlaşdırması 2015” mövzusunda II Beynəlxalq Forumu keçirilmiş və banklar üçün informasiya texnologiyaları sahəsində ən yaxşı və daha aktual çözümləri bir araya gətirmişdir. Forumun iki günlük işi ərzində auditoriyanın diqqətinə bank avtomatlaşdırılmasının ən əhəmiyyətli istiqamətlərinə dair 90 məruzə təqdim edilmişdir. Sərgidə 65 şirkət öz məhsul və xidmətlərini nümayiş etdirmişdir. 1000-dən çox insan Forumun iştirakçısı olmuşdur. 

Forumda mürəkkəb müasir şəraitdə müştərilərin cəlb edilməsi və onlara keyfiyyətli xidmətlər göstərilməsi üçün bank icmasına ən yeni proqram məhsulları, biznesin effektiv aparılması və inkişafı üçün həyati əhəmiyyət daşıyan zəruri infrastruktur çözümləri təqdim edilmişdir.

SİSTEMNIE TEXNOLOGİİ şirkəti ilk dəfə forumun tərəfdaşı qismində çıxış edərək bank və maliyyə sferaları üçün çözümlərini təqdim etmişdir. 

İcraçı Direktor S.V.Kravçenko bank biznesinin vəziyyətinə dair müfəssəl məlumat verəcək START-B analitik sisteminin üstünlüklərindən söz açmışdır.

IMG_0154.jpg

İcraçı Direktor Y.A.Konstantinov “Biznesin marjinallığının artırılması sahəsində ən yaxşı bank təcrübələri” panel müzakirəsində iştirak etmişdir; burada BA, BI, CRM-analizi və digər vasitələrdən istifadə təcrübəsi, həmçinin onların biznes üçün effektivliyinin qiymətləndirilməsi müzakirə edilmişdir.

IMG_4086.jpg
Biznes analizi, metodologiyalar və marketinq tədqiqatlarının idarə edilməsi üzrə rəhbər T.S.Çıbulkina “Niyə bütün DBX sistemləri eynidir və bununla nə etmək olar?” mövzusunda məruzə təqdim etmişdir. Məruzədə distansion bank xidmətləri sistemlərinin formalaşmasının əsas mərhələləri, o cümlədən onların müştərinin bankla qarşılıqlı münasibətlərinin ekosistemi qismində gələcək inkişaf yolları işıqlandırılmışdır.

IMG_4129.jpg
Şirkətin stendində şirkətin fəaliyyətinə və onun işləmələrinə canlı maraq ifadə etmiş Moskva və regional banklarının nümayəndələri ilə danışıqlar keçirilmişdir.

IMG_4158.jpg
IMG_4067.jpg
IMG_4141.jpg
IMG_0156.jpg
IMG_4151.jpg

Sosial şəbəkələrdə Share
Sonrakı
İdeya budur!