Bahar İQ iclası “Life&Work: əməkdaşların sağlam motivasiyası”

17.03.2016

Bahar İQ iclası “Life&Work: əməkdaşların sağlam motivasiyası”


İş maksimal əmək və konsentrasiya tələb edirsə, stressli zaman idarəetməsi isə əməkdaşların şəxsi həyatına zaman qoymursa, yanmaq və öz sağlamlığına ciddi zərbə yetirmək təhlükəsi xüsusilə yüksəkdir. Eyni zamanda, şirkət üçün heyətin yaxşı iş tempini saxlaması və yüksək effektivlik nümayiş etdirməsi vacibdir. Bu barədə 10 mart tarixində Minskdə РАБОТА.TUT.BY əməkdaşları bahar “HR-meeting” (İnsan Qaynaqları iclası - tərc.) “Life&Work balansı: əməkdaşların sağlam motivasiyası” tədbiri çərçivəsində danışırdılar.

bcaf0beccbeaac518260af098bc7b7c3.jpg
 
Baharda keçirilən РАБОТА.TUT.BY əməkdaşlarının HR-meeting iclası işçi heyətinin idarə edilməsi sahəsində rəhbərlər və mütəxəssislər üçün təşkil edilmişdi. Rəsmi spikerlərin işdə son istiqamətləri, intellektual müzakirələr - bütün bunlar tədbirin ayrılmaz tərkib hissəsi idi. HR-meeting iclasına Belarus bazarında inkişaf edən 60-dan çox müvəffəqiyyətli şirkətin nümayəndələri olan İQ menecerləri qatılmışdı

6db6d33e347629ebd9ec09684e82f7ac.jpg
“У сваiм краi, як у раi” anlayışını SİSTEMNIE TEXNOLOGİİ şirkətinin heyətlə iş üzrə idarəsinin rəisi Dmitri Kirol təqdim etmişdir. “İş və şəxsi həyat arasında harmoniya” ideyasının gerçəkləşdirilməsinin əsas prinsipi kimi “Ev ofis kimi” korporativ fəlsəfəsi seçilmişdi. Bütün əməkdaşlar şirkətin fəlsəfəsinin yaradılması və dəstəklənməsinə cəlb olunmuşlar. Şirkət əməkdaşların “peşəkarlar” kimi təşəbbüsünü yalnız peşə anlamından dəstəkləmir: ofisdə bərabər çalışma mühiti, idman həyat tərzi, yaradıcı gerçəkləşmə, - əməkdaşların fikrincə onların öz səmərəliliyinə məhz bunlar təsir göstərir. Nəticədə, əməkdaşların 70%-dən çoxu təsdiq etdi ki, dizayner ideyaları və ofis ərazisinin təşkili ilə əlaqədar çözümlər onları müştərək yaradıcılığa ruhlandırır, məhsuldarlığa müsbət təsir edir və kollektivin fikrincə, şirkətdə rahat iş prosesi və istirahət üçün bütün şəraitlər yaradılıb.


Sosial şəbəkələrdə Share
Sonrakı
“Java ilə enterprise-çözümlərin işlənməsi texnologiyası” kursunun buraxılışı: unikal əməkdaşlıq təcrübəsi