Bank informasiya texnologiyaları üzrə “BankİT’2016” İllik Forumu

24.10.2016

Bank informasiya texnologiyaları üzrə “BankİT’2016” İllik Forumu


19-21 oktyabr tarixlərində Minskdəki Prezident otelində Bank informasiya texnologiyaları üzrə “BankİT’2016” illik Beynəlxalq Forumu keçirilmişdir. SİSTEMNIE TEXNOLOGİİ şirkəti Forumun Qızıl partnyoru qismində çıxış etmişdir.

Forumun ilk günündə şirkətin baş direktoru Andrey Nikolayeviç Korşakov plenar iclasda “Gələcəyin Bank İT-çözümləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

SİSTEMNIE TEXNOLOGİİ MMMM şirkətinin nümayəndələri həmçinin forum çərçivəsində müxtəlif bölümlərdə məruzələrlə çıxış etmişlər. İcraçı direktor Sergey Vasilyeviç Kravçenko özünün “Maliyyə xidmətləri: meyllər və perspektivlər” mövzusunda məruzəsində müasir maliyyə xidmətlərinin inkişafından söhbət açmışdır. İnkişaf üzrə icraçı direktor Yaroslav Konstantinov Avqustoviç “Bankda büdcələşdirmənin inkişafının elastiki vasitəsi” mövzusunda məruzəsində ST.Büdcə məhsulunu təqdim etmişdir, biznes-analitik Sergey Podolyançik Aleksandroviç isə mobil bankinqin yeni versiyalarının üstünlüklərini nümayiş etdirmişdir (“Uzaq məsafədən bank xidməti” məruzəsi: bankın korporativ müştəriləri üçün yenilənmiş mobil bank”).

Prezident otelinin lobbisində keçirilən sərgi ekspozisiyasında 20-dən çox şirkət iştirak etmişdir. SİSTEMNIE TEXNOLOGİİ şirkəti öz məhsullarını (START-B, mobil bankinq, ST.BÜDCƏ, ST.GİROVLAR), həmçinin WEB PAY ilə müştərək yaradılmış xidmətləri (Business-Online, Belqi elektron pul kisəsi) nümayiş etdirmişdir. Forumda BYNgo ödəniş çat-botu, həmçinin Benzindoldurma Stansiyasında yanacağın mobil telefonla ödənişi xidməti - Drive&Pay ilk dəfə təqdim edilmişdir.

“BankİT’2016” Forumu çərçivəsində həmçinin “FinTech marafonu” da keçirilmişdir ki, bu da İnfopark və Belarus Respublikasının Milli Bankı Assosiasiyasının müştərək layihəsi olmuşdur. SİSTEMNIE TEXNOLOGİİ şirkəti WEB PAY ilə müştərək olaraq marafonun İnnovasiya partnyoru olmuşdur. Andrey Korşakov, Sergey Kravçenko və Viktor Kalenkoviç (WEB PAY) təlimçi qismində çıxış edərək komandalara məsləhətlərlə yardım etmişlər.
21 oktyabr tarixində “FinTech marafonu”nun finalı keçirilmişdir ki, burada da ilin ən yaxşı fintech startapı seçilmişdir. Grai.Me layihəsi qalib gəlmişdir.

bankit.JPG
bankit.JPG
bankit.JPG
bankit.JPG

Sosial şəbəkələrdə Share
Sonrakı
Proqramçılar Günü münasibətilə sizi təbrik edirik!