Belarusun bank sektorunun informasiyalaşdırılması: 2015-ci ilin perspektivləri və istiqamətləri

22.06.2015

Belarusun bank sektorunun informasiyalaşdırılması: 2015-ci ilin perspektivləri və istiqamətləri


8-10 iyun 2015-ci ildə Belarus Respublikasının Milli Bankının Raubiçidəki Təlim Mərkəzində “2015-ci ildə bank informasiya texnologiyalarının inkişafının perspektivləri və istiqamətləri” mövzusunda seminar keçirilmişdir ki, burada İT şirkətlərinin və bankların nümayəndələri bir araya gəlmişdir. Sistemnıe Texnologii şirkəti ənənəvi olaraq tədbirin tərəfdaşı qismində çıxış etmişdir. Seminar iştirakçıları Belarusun bank sektorunun informasiyalaşdırılmasının cari vəziyyəti və tendensiyalarını, müasir texnoloji çözümlər əsasında yeni məhsul və xidmətlərin tətbiqi imkanları və perspektivlərini müzakirə etmişlər. Digital Banking, bank sektoru üçün biznes-analitika, elektron sənəd mübadiləsi, biznes proseslərinin fasiləsizliyinin təminatı, virtuallaşdırma və bir sıra digər məsələlər seminarın əsas mövzuları olmuşdur.

Фото 1.jpg

Sistemnıe Texnologii СООО BI və CRM sistemlərinin inkişafı üzrə icraçı direktor Svetlana Soroka “FRONT yenilikləri. Müştəri xidmətlərinin yeni səviyyəsi” məruzəsi ilə çıxış etmişdir. Məruzədə biznesin bütün seqmentlərindən olan müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi üzrə CRM sistemlərin yeni imkanları işıqlandırılmışdır.

Фото 2.jpg

Kommersiya məsələləri üzrə icraçı direktor Sergey Kravçenko “Hər şey START-da. Analitika? Çox rahat!” məruzəsində BI sistemlərinin vacib yenilənmələrindən söz açmışdır.

Фото 3.jpg

Sosial şəbəkələrdə Share
Sonrakı
Sistemnıe Texnologii - Misys şirkətinin tərəfdaşı