FinTech Xakatonu

27.04.2017

FinTech Xakatonu


Aprelin 21-23-də Minskdə Imaguru start meydançasında FinTech Xakatonu baş tutdu. «SİSTEMNIE TEXNOLOGİİ» şirkəti ikinci il dalbadal tədbirdə İT-partnyor rolunda çıxış etdi. Partnyorlar arasında həm də «Priorbank»ASC, Visa və Belarus Respublikasının Milli Bankı var idi.

18077045_682729455244554_3945017676277929216_o.jpg
   
48 saat ərzində 13 komanda maliyyə texnologiyaları sahəsindəki ideyalara tətbiq yeri taparaq, onları real olaraq işləyən xidmətlərə və proqram əlavələrinə çevirirdilər. Onlara təcrübəli məsləhətçilər kömək edirdilər. «SİSTEMNIE TEXNOLOGİİ» şirkətindən eyni vaxtda iki məsləhətçi iştirak edirdi - Sergey Kravçenko və Aleksandr Yermakoviç (hər ikisi baş direktorun müavinləridirlər). Aleksandr Yermakoviç komandalara texniki məsələlər və hazırlıq üzrə, Sergey Kravçenko isə daha çox monetizasiya və layihələrin irəliləməsi üzrə məsləhətlər verirdilər.

18156721_682733731910793_9171587910504589697_o.jpg
  
Xakatondakı bütün ideyalar fərqli idilər və Sergey Kravçenko bunu verdiyi müsahibəsində qeyd etdi. Bundan əlavə, əvvəliki illərdən fərqli olaraq, onlar iştirakçılar olaraq daha geniş çeşidli idilər: onların arasında təkcə layihə işləyənlər yox, həm də marketoloqlar və digər mütəxəssislər var idi.
Imaguru FinTech Xakatonun ideyaları və layihələri arasında mikrokreditlər üçün xidmət, sosial şəbəkələr üzərindən və mobil telefonla kart arasında pul köçürmələri, gecə vaxtı ofis kompüterlərində kriptovalyuta qazanmaq üçün proqram əlavəsi və s. var.

18121828_682733361910830_3218328006503334593_o.jpg
     
FinTech Xakaton çərçivəsində məsləhətçilər açıq master-klasslar verirdilər. Sergey Kravçenko həm FinTech xidmətlərinin hazırlnması üzrə şirkətin təcrübəsini paylaşdı (BYNgo çat-bot ödənişi, mobil telefon vasitəsilə yanacaq pulunun ödənməsi DRIVE&PAY), həm də uğursuz layihə və uğursuzluğa gətirib çıxaran səhvlər barədə danışdı. 
Xakatonun yekunu olaraq «SİSTEMNIE TEXNOLOGİİ» şirkətindən xüsusi prizi - 1000 dolları, İmaquru startap-hab xidmətləri üçün Manio layihəsi qazandı. Manio uşaqlar üçün idarəetmə tapşırığından ibarətdir və burada uşaq valideynlərinin verdiyi işləri yerinə yetridiyinə görə mükafat əldə edir. Proqram əlavəsinin köməyi ilə uşaq həm də maliyyə üzrə bilik əldə edəcək: təkbaşına qərarlar qəbul etmək, pulunu lazımi işlər üçün ayırmaq, qarşısına tapşırıqlar qoymaq və onları yerinə yetirmək.  
Xakatonun əsas prizini - Estoniyada Latitude 59 başlanğıc konfransına biletləri BimboFly layihəsi qazandı (P2P xidməti-aviabiletlərin sığortalanması).  

18121763_682736278577205_6388184074354401021_o.jpg
     
«SİSTEMNIE TEXNOLOGİİ» layihə startlarını və FinTech sferasında işləyən gənc kollektivləri dəstəkləyir, belarus startap meydançaları ilə fəal şəkildə əmakdaşlıq edir (Imaguru и Space) və tədbirlərin sponsoru rolunda çıxış edir. Şirkət yeni ideya və layihələr üçün açıqdır.


Sosial şəbəkələrdə Share
Sonrakı
TIBO 2017