“HR-Brand 2015”-də yeni ofis layihəsi

10.12.2015

“HR-Brand 2015”-də yeni ofis layihəsi


9 dekabr 2015-ci il tarixində “HR-Brand” mükafatının təntənəli təqdimetmə mərasimi keçirilmişdir. SİSTEMNIE TEXNOLOGİİ şirkəti “У сваім краі, як у раі” yeni ofis layihəsini təqdim edərək “Peşəkar icma seçimi” nominasiyasında 2-ci yeri tutdu. 

SİSTEMNIE TEXNOLOGİİ MMMM tərəfindən münsiflər heyətinə təqdim edilən layihə bu ilin may ayında açılışı keçirilmiş şirkətin yeni ofisinə həsr edilmişdir. 

1.jpg  
“Yeni ofis” layihəsinin mahiyyətinə tərtibatçılar komandasının yüksək texnologiyalar Parkının ərazisində bir meydanda inteqrasiyası kimi ambisiyalı vəzifənin həlli daxil idi. Əsas məqsəd “biliklərin iqtisadiyyatı” şəraitində fəaliyyət göstərən yeni növ şirkət üçün istehsalat mühitinin yaradılması idi. Bu məqsədə biliklər mübadiləsi üçün iş mühitinin yaradılması, open space məkanlarının, müasir tədris siniflərinin, təbii işıqlandırmanı maksimal dərəcədə saxlamaq şərtilə rəsmi və qeyri-rəsmi ünsiyyət üçün zonaların hesabına yeni biliklərin formalaşdırılması və yeni ideyaların toplanması, iş yerlərinin erqonomikası və müasir texniki vəsaitlər yolu ilə nail olunmuşdur.

Yeni ofisdə aparıcı ideya da formalaşırdı: şirkətin missiyasının əsasını milli dəyərlər: əməksevərlik, nizam-intizam, cidd-cəhd, tolerantlıq, qarşılıqlı yardım, komanda işi, ekoloji təmizlik təşkil edir.

Yeni ofis həmçinin əməkdaşları üçün ilham və özünü təsdiq mənbəyidir. Məhz burada əməkdaşlar nəinki rahat əmək, həmçinin öz biliklərini daima zənginləşdirmək imkanını əldə edirlər. Bu, cismən təcəssümü olmasa da, insanın ən dəyərli sərvəti olan biliklərin qarşılıqlı mübadiləsi üçün platformadır. Şirkətin yeni ofisinin açılışı onun sübutu oldu ki, Belarus şirkətində çalışmaq dünya şöhrətli şirkətdə çalışmaqdan daha az prestijli deyil.

2.jpg

 

Sosial şəbəkələrdə Share
Sonrakı
Rəqəmsal bankçılıq və maliyyə biznesinin transformasiyasının gələcəyi “BankİT'2015” Forumunun əsas məsələləridir