HRPR Open Air yay konfransı

06.07.2015

HRPR Open Air yay konfransı


1 iyulda HRPR Open Air yay konfransı keçirilmişdir. Konfrans çərçivəsində Sistemnıe Texnologii şirkəti işçi heyətinin və bütün təşkilatın işinin səmərəliliyinə dair məlumatların toplanması və qiymətləndirilməsi üzrə idarəetmə informasiya sistemi, o cümlədən əməkdaşların əsaslandırılmış maddi stimullaşdırılması üçün ST.İşçi Heyətii.Əmək haqqı.Kadrlar inteqrasiya edilmiş sistemi çərçivəsində çözüm - “KPI Qiymətləndirməsi” modulunu təqdim etdi.

“KPI Qiymətləndirməsi” modulu əməkdaşların işinin səmərəliliyinin əsas göstəriciləri haqqında xülasə məlumatların toplanması və onlara girişin təmin edilməsi deməkdir.  

Modulun əsas funksiyalarına bunlar daxildir:

  • Şirkətin əməkdaşları üçün KPI göstəricilərinin (kəmiyyət, keyfiyyət, konsolidasiya edilmiş) müəyyən edilməsi;
  • Mövcud (faktiki) mühasibat sistemlərindən və mənbələrindən verilənlərin sistemə avtomatik daxil edilməsi;
  • Mövcud informasiya sistemlərindən verilənlərin əldə edilməsi mümkün olmadıqda verilənlərin əllə daxil edilməsi;
  • Əməkdaşların işinin səmərəliliyinin KPI planlarının icrasına əsasən hesablanması;
  • Əməkdaşların göstəricilər üzrə planları icra etməsinə əsasən onlar üçün bonusların hesablanması;
  • Əməkdaşlar üçün onların şəxsi nəticələri ilə birlikdə məhsuldarlığa dair şəxsi kartların əks etdirilməsi;
  • Verilənlərin məhdud giriş hüquqları ilə saxlanması üçün vahid mühit.
11665572_832746140174586_2754570609051013022_n.jpg

11665556_832810340168166_8101121159732317632_n.jpg

Sosial şəbəkələrdə Share
Sonrakı
Belarusun bank sektorunun informasiyalaşdırılması: 2015-ci ilin perspektivləri və istiqamətləri