İT bilicilərinin intellektual yarışı

25.09.2015

İT bilicilərinin intellektual yarışı


23 sentyabr 2015-ci ildə İT şirkətləri arasında “Nə? Harada? Nə zaman?” mövzusunda turnir keçirildi.
 
DSC_1265.JPG
     
Turnir Belarusda “Nə? Harada? Nə zaman?” Elit Klubunun iştirakı ilə təşkil edilmişdir. Turnirin aparıcısı klubun oyunçusu, “Nə? Harada? Nə zaman?”-ın Belarus televiziyası versiyasının aparıcısı Ales Muxin oldu.

DSC_1256.JPG

Sistemnıe Texnologii şirkətinin heyəti mükəmməl nəticələr nümayiş etdirib 18 iştirakçı komanda arasında 5 yekun yerini tutmuşdur.
Komandanın intellektual yarışda iştirakı haqqında onun kapitanı Qleb Zayaç danışır.

ST: Oyun nec? qurulmusdu? Butun suallar dogrudan da IT movzusunda olmusdur?

QZ: Turnir üç mərhələdə keçirilmişdir: ilk iki mərhələdə iştirakçılar komandasına 18 sual təqdim edilmişdi. Breyn-rinq sisteminə uyğun keçirilmiş final mərhələsində iki ən güclü komanda da iştirak etmişdir. Suala görə qiymətləndirmədə ona cavab verən komandaların sayı və sualın özünün reytinqi nəzərə alınırdı. Bütün mümkün mövzularda ən müxtəlif suallar verilmişdir. Sual haqqında düşünməyə 1 dəqiqə vaxt verilirdi və bu müddət ərzində komandanın iştirakçıları nəinki versiyaları müzakirə edirdilər, həmçinin cavabları kağıza qeyd edirdilər.

ST: Komandanın oyuna hazırlanması necə keçdi?

QZ: Bizim hazırlığa çox da vaxtımız yox idi, lakin komandanın mütəşəkkil oyun göstərməsinə nail olduq, həmçinin oyunçuları-ideyaların toplayıcılarını ayırdıq. Xüsusilə də oyunda “Nə? Harada? Nə zaman?” teleoyununda titullar əldə etmiş oyunçuların da qatıldığı peşəkar komandaların iştirak etdiyini nəzərə alsaq, komandamız özünü çox yaxşı göstərdi. Birinci raundun nəticələrinə görə biz liderlər üçlüyünə daxil olduq, oyunun yekunlarına görə 5-ci yeri tutduq. Bu, çox yaxşı nəticədir.

ST: Hansı sual daha çox yadda qaldı?

ГЗ: : Məncə gözəl sualları hazırladıqlarına görə oyunun təşkilatçılarına təşəkkür etmək lazımdır. Məsələn, suallardan biri belə idi: Rəssam Aleksandr İvanov modelə gülməli əhvalatlar danışarkən onun önündə nəyi tutmuşdu? Rəssam qızın üzündə İsa Məsihin qəflətən dirilməsini görmüş Mariya Maqdalenanın üz ifadəsini yaratmağa çalışırdı. Sualın gözəl də cavabı var: Rəssam modelin önündə soğan tutaraq gülməli əhvalatlar danışırdı ki, qızın üzündə göz yaşları arasında təbəssüm yarada bilsin.
 
IMG_20150923_185241.jpg 
Sistemnıe Texnologii komandasını mükəmməl nəticəyə görə bir daha təbrik edirik!


Sosial şəbəkələrdə Share
Sonrakı
Ümumdünya günüdə avtomobilsiz yeni veloparkinqlə