“Java ilə enterprise-çözümlərin işlənməsi texnologiyası” kursunun buraxılışı: unikal əməkdaşlıq təcrübəsi

11.03.2016

“Java ilə enterprise-çözümlərin işlənməsi texnologiyası” kursunun buraxılışı: unikal əməkdaşlıq təcrübəsi


Çərşənbə günü, 2 mart 2016-cı ildə YTP-nin Təhsil Mərkəzində “Java ilə enterprise-çözümlərin işlənməsi texnologiyası” kursunu öyrənmiş qrupun buraxılışı keçirildi. Təhsil proqramı SİSTEMNIE TEXNOLOGİİ şirkəti ilə əməkdaşlıq nəticəsində tərtib olunmuşdu. Onu kursun dinləyiciləri işləyib hazırlamışdılar. İşdə java istiqamətinin genişləndirilməsi zərurəti ilə üzləşən şirkət rəhbərliyi praktiki tapşırıqların həlli üçün əldə edilmiş bacarıqların real layihədə tətbiqi ilə paralel olaraq proqramçılara yeni texnologiyanı öyrətmək qərarı qəbul etdi. Şirkətdən yeddi nəfər əlavə Java proqramlaşdırma dilini də öyrənmişdilər ki, bu, hazırda dünyada ən populyar və tələb olunan proqramlaşdırma dillərindən biridir. Yeni istiqamət - daima yeni imkanlar deməkdir.

12819289_1037867049618769_3474307656670969058_o.jpg

10258836_1037866876285453_3362276016064000421_o.jpg
 “Şirkətimizə və Yüksək Texnologiyalar Parkının Təhsil Mərkəzinə təhsil almaq imkanına görə təşəkkür etmək istərdik, gələcəkdə bu cür təhsil proqramlarının daha da inkişaf etdirilməsinə və onlarda iştirak edəcəyimizə ümid edirik - bir proqramçı kimi mənim üçün bu mövzuya dalmaq faydalı və maraqlıdır”, - deyə sertifikat almış kursun dinləyicilərindən biri öz fikrini bölüşdü.
 
10580690_1037867132952094_7784288397078683566_o.jpg
SİSTEMNIE TEXNOLOGİİ şirkətinin RBS (Uzaqdan bank xidmətləri - tərc.) sistemlərinin inkişafı üzrə icraçı direktoru Voytik Dmitriy deyir:
“Hal-hazırda Java ən çox tələbatın olduğun back-end platformadır və bu gün əməkdaşlarımız dinamik inkişaf edən developerlər icmasının üzvlərinə çevrilmişlər. Bu kursu keçmiş əməkdaşlar paralel olaraq digər iş layihələri ilə məşğul olurdular, buna görə də təhsil kifayət qədər intensiv keçirdi. Əsas nəticə odur ki, şirkətimizin üzərində çalışdığı məhsullardan birinin press-relizi (o, 300-minlik auditoriya üçün nəzərdə tutulub və tezliklə bazarda peyda olacaq) artıq bu ay keçiriləcək”.
 
921329_1037867102952097_9161135604158609966_o.jpg
Yuli Slabko, YTP Təhsil Mərkəzinin treneri, “Java zəminində enterprise-çözümlərin işlənib hazırlanması texnologiyaları” kursunun müəllimi bildirir:  
“Developerlər üçün “təhsil aldın, bir neçə il çalışa bilərsən” anlayışı mövcud deyil, bizim üçün təhsil daimi, fasiləsiz bir prosesdir. İstənilən təhsil prosesi требует свободного времени, чтобы усвоить пройденный материал, закрепить его практически. Bu planda kursun adi dinləyiciləri (məsələn, hələ əsas işlə məşğul olmayan tələbələr) üçün bu proses daha ölçülü-biçili keçir: onların cari tapşırıqlara daha çox vaxtı var. Sərt zaman çərçivələri ilə əlaqədar, dinləyicilər bir çox materialları müstəqil anlamalı olurdular, evdə çalışırdılar – bu, əməkdaşların məsuliyyətini və işə yüksək motivasiyasını hazırlayır”.
 
12829427_1037866842952123_1628330484433510524_o.jpg
Vadim Zelenkov, YTP Məhsul Mərkəzinin direktoru:
“Öz əməkdaşlarına sərmayə qoyub onların təhsili ilə məşğul olan və sosial məsuliyyətli sahədə biznes icra edən şirkətlərin sayı çox azdır. Təhsil Mərkəzi kimi bizim üçün SİSTEMNIE TEXNOLOGİİ şirkəti ilə əməkdaşlıq maraqlı təcrübədir: bu vaxta qədər bütün proqramlar və bütün təhsil prosesi ərzində biz korporativ təhsil deyil, əlaqəsiz dinləyici auditoriyasını gözləyirdik”.

Hazırda Yüksək Texnologiyalar Parkının Təhsil Mərkəzi İT sahəsində mütəxəssislərin hazırlanması üçün təhsil proqramlarının işlənib hazırlanması və təkmilləşdirilməsi üzərində çalışır.

Sosial şəbəkələrdə Share
Sonrakı
SİSTEMNIE TEXNOLOGİİ şirkəti ən intellektual IT şirkətidir!