Müvəffəqiyyətli biznesin sirləri aşkar edilib

28.04.2014

Müvəffəqiyyətli biznesin sirləri aşkar edilib


Konfrans məzmunu etibarilə unikal oldu, çünki iştirakçılara nəinki Oracle BI haqqında nəzəri şəkildə eşitmək, həm də bu platformanın tətbiqi və onunla iş ilə əlaqədar zəngin təcrübəyə malik olan mütəxəssislərin rəyini öyrənmək, eləcə də onun effektivliyini xüsusi konkret praktik nümunələrlə qiymətləndirmək imkanı təqdim edilmişdi.

Oracle BI platformasının ümumi icmalını keçirməkdə, pərakəndə işdə diqqəti Oracle BI üzərində cəmləməkdə konfrans iştirakçılarına Oracle MDB-nin baş məsləhətçisi Vasilenko Alexander kömək etdi. 

Sistemnıe Texnologii MMMM-in (ST Qrup holdinqinin) biznes metodologiyalarının inkişafı üzrə direktor müavini Yaroslav Konstantinov banklarda Oracle Business Intelligence bazasında biznes analitikası sisteminin qurulmasının xüsusiyyətləri haqqında danışdı.

Belsoft-Borlas qrup (ST Qrup holdinqi) LTD-nin biznes-analiz şöbəsinin rəhbəri Matox Kirill Oracle e-Business Suite 12R bazasında müəssisənin idarə edilməsi sistemləri sahəsində təcrübəsini paylaşdı.

Tədqiqat layihələri üzrə direktor Qorçinskaya Olqanın (FORS) məruzəsi dinləyicilərin xüsusi marağına səbəb oldu. O, öz məruzəsində Oracle Business Intelligence bazasında analitik sistemlərin yaradılması təcrübəsindən söz açdı.

ПOracle Business Intelligence platformasında böyük ticarət şirkətinin analitik sisteminin qurulmasının praktik aspektlərindən Modnıy kontinent şirkətinin biznes texnologiyaları və inkişaf məsələləri üzrə direktoru Artyuxov Aleksandr “KOPEYKA” Ticarət Evinin (Rusiya Federasiyası) nümunəsində söz açdı.

Kapş Telematik Serviz XMMM (Xarici Məhdud Məsuliyyətli Cəmiyyət - tərc.) şirkətinin IT&Reporting şöbəsinin rəisi Şalak Aleksandr Oracle BI-ın Kapş Telematik Serviz XMMM şirkətində tətbiqi ilə əlaqədar praktik təcrübəsini paylaşdı (BelToll sistemi).

80-dən çox dinləyici konfransı ziyarət etmiş və Oracle BI texnologiyaları ilə əlaqədar onları maraqlandıran bütün məsələlər üzrə real vaxt rejimində məsləhətlər almaq imkanı almışlar.

ST Qrup holdinqi tərəfdaşlara və qonaqlara tədbirdə iştirak etdiklərinə görə təşəkkür edir!


Sosial şəbəkələrdə Share
Sonrakı
“İnnovasiyalar.Banklar” II Beynəlxalq praktik konfransı keçirildi