MENTOR DAY2: yeni başlayan sahibkarlardan ən yaxşı biznes başlama ideyaları

15.05.2015

MENTOR DAY2: yeni başlayan sahibkarlardan ən yaxşı biznes başlama ideyaları


15 may 2015-ci ildə “İT-də gənclər - 2015” respublika forumu çərçivəsində MENTOR DAY2 tədbiri keçirildi. Tədbirdə biznesə yeni başlayan İT sahibkarları öz startap (biznesə başlama - tərc.) layihələrinin inkişafı üçün praktik yardım aldılar.

Копия DSCN8328.JPG

Münsiflər heyətinə ekspert qismində Sistemnıe Texnologii şirkətinin HR&W və perspektiv sistemlər şöbəsinin rəis müavini Yuriy Stoyanov dəvət edilmişdi. Yuriy nəinki təqdim edilmiş layihələrin qiymətləndirilməsində iştirak etmiş, faydalı İT ideyalarını iştirakçılarla paylaşmağa da vaxt tapmışdı.

YStoyanov_MD.jpg “Etiraf edirəm ki, bizdə bu cür startap tədbirlərinin keçirilə biləcəyini ehtimal etməzdim. Bu gün iştirakçıların həqiqətən də perspektiv layihələr təqdim etmələri bizi müsbət şəkildə təəccübləndirdi. Əlbəttə, onlardan bəziləri daha çox, bəziləri isə daha az perspektivlidir. Vacib olan odur ki, bütün bunlar PVT-də keçirilir, çünki Park Belarus İT sənayesinin simvoludur. Startaplardan müvəffəqiyyətli şirkətlərin yaranacağı biznes-inkubatorlar, kovörkinq (birgə çalışma) mərkəzləri həqiqətən də kifayət qədər deyildi. İxtisaslaşmış meydanda bu cür tədbirlərin başlanması Belarus İT sənayesinin inkişafında növbəti mərhələdir”, - Yuriy dedi.

MENTOR DAY2 tədbirinin qalibi öz vaxtına dəyər verən turistlər üçün qoşma proqram olan GuideMe layihəsinin komandası oldu. Proqram istifadəçi üçün əlçatımlı zamana, şəxsi maraqlara, yerlərin populyarlığına və digər amillərə əsaslanaraq dünyanın istənilən nöqtəsində görməli yerlər üzrə fərdiləşdirilmiş marşrutlar qurur.

DSCN8329.JPG

Social Weekend cəmiyyəti və “Belarus üçün 100 ideya” gənclər layihəsi ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalar Parkı MENTOR DAY2 tədbirinin təşkilatçılarıdır. MENTOR DAY ilk dəfə 2014-cü ilin iyul ayında keçirilmişdir. Bu il müsabiqədə iştirak üçün 50-dən çox ərizə verilib, bunların arasından 8 ən perspektivli layihə seçilib.

DSCN8444.JPG


Sosial şəbəkələrdə Share
Sonrakı
Sistemnıe Texnologii şirkəti ABŞ-da yüksək texnologiyalar Parkının biznes turnesində iştirak etmişdir