Minskdə FinTech Xakaton

27.06.2016

Minskdə FinTech Xakaton


24-26 iyunda Minsk şəhərindəki Imaguru Biznes klubunda FinTech Xakaton keçirilmişdir. «SİSTEMNIE TEXNOLOGİİ» şirkəti Priorbank ASC, Visa, USAID və Belarus Respublikasının Milli Bankı ilə birlikdə bu tədbirin partnyoru qismində çıxış etmişdir.

48 saat ərzində 24 proqramçı, riyaziyyatçı, maliyyə analitikləri komandası FinTech sahəsindəki məsələləri həll etmiş və öz İT məhsullarını yaratmışlar. FinTech Xakatonun keçirildiyi müddət ərzində Imaguru Biznes klubu tədbir iştirakçıları üçün əsl evə çevrilmişdir; burada gecəni keçirmək, yemək və istirahət etmək, sonra isə işə başlamaq mümkün idi. Öz layihələrinin müzakirəsi və işlənib hazırlanmasına paralel olaraq, iştirakçılar həmçinin maliyyə texnologiyaları və innovasiyaları sahəsində master-klaslarda da iştirak etmişlər.

Xakatonda iştirak edən təlimçilər komandalar kömək edir, ideyaların təkmilləşdirilməsinə dair məsləhətlər və ipucları verirdi.

«SİSTEMNIE TEXNOLOGİİ» şirkəti adından təlimçi və jüri üzvləri qismində İcraçı direktor Sergey Kravçenko və Baş direktorun müavini Aleksandr Yermakoviç çıxış etmişlər.

Qısa müddət ərzində, cəmi 2 günə, Xakatonun iştirakçıları ən cəsarətli ideyalar da daxil olmaqla bir çox FinTech ideyalarını təqdim edə və həyata keçirə bilmişlər. Layihələr arasında ödənişlərin səs vasitəsilə icra edilməsi üçün xidmət, elektron fakturalaşma sistemi, uşağın kartındakı məsrəflərə nəzarət üçün xidmət və bir çox digər məhsullar vardır.

Xakatonun yekunlarına görə, Priorbankın baş partnyorundan Qran-pri mükafatını (Helsinkidəki Slush beynəlxalq startap konfransına səfər) FinPlace layihəsi almışdır. Əməkdaşlar banklardan SMS-lərin tanınması funksiyası ilə şəxsi maliyyə menecerini yaratmışlar. Layihə həmçinin maliyyə savadlılığı üçün ən yaxşı çözüm kimi Belarus Milli Bankı tərəfindən xüsusi mükafata layiq görülmüşdür.

«SİSTEMNIE TEXNOLOGİİ» şirkəti adından xüsusi hədiyyə (yenilikçi Imaguru startap-habında kovörkinq (müştərək iş) ayı) Veles layihəsinə təqdim edilmişdir. Komanda QR kodu ilə küçə musiqiçilərinə, rəssamlara və s. ianələr təqdim etməyə imkan verən proqram da işləyib hazırlamışdır.


Sosial şəbəkələrdə Share
Sonrakı
Belarus Respublikasının Milli Bankının «2016-cı ildə bank informasiya texnologiyalarının inkişafı perspektivləri və istiqamətləri» mövzusunda seminarı ("BankIT Edu")