Ümumdünya günüdə avtomobilsiz yeni veloparkinqlə

22.09.2015

Ümumdünya günüdə avtomobilsiz yeni veloparkinqlə


Belarusda velosipedlərin populyarlığı getdikcə artır. Velosipeddən daimi nəqliyyat vasitəsi kimi istifadə edən insanların sayı durmadan artır. Bunun səbəbləri çox sadədir: velosipedin idarə edilməsi və xidmət göstərilməsi asandır, avtomobildən fərqli olaraq zərərli tullantılar yaratmır və yaxşı fiziki formada olmağa imkan verir. Məhz buna görə də bir çox böyük şirkətlər velosipeddən istifadə edən əməkdaşlarını dəstəkləyirlər və velosipedçilərin yerləşdirilməsini rahat etmək üçün az səy göstərmirlər.

Sistemnıe Texnologii artıq neçənci ildir ki, velosipedləri dəstəkləyən şirkət imicini təsdiqləyirlər və proqramçı günü, həmçinin Avtomobilsiz Ümumdünya Günü münasibətilə öz əməkdaşlarına gözəl bir sürpriz - yeni ofisin yaxınlığında yeni velopark hədiyyə etmişlər.

DSC_1207.jpg
Velosipedçilər üçün əla hədiyyə - yeni veloparkinq.  

“Şirkətimiz həqiqətən də sağlam həyat tərzinə və idmana böyük diqqət ayırır. Əməkdaşlarımıza hovuza səfər, şirkətin icarəyə götürdüyü meydançalarda futbol, basketbol və voleybolla məşğul olmaq təklif edirik”, - deyə heyətlə iş üzrə şöbənin direktoru Dmitri Kirol bildirir. “Velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edənlər üçün dayanacağın xüsusi təchizatını təqdim edirik. Bu cür dayanacağın üstünlüyü şəxsi nəqliyyatının müdafiəsi, onun davamlılığına əminlikdir. Əvvəllər əməkdaşlarımız parkinqi başqa bir şirkətlə birgə bölüşürdülər. Yeni ofisin açılışı ilə ayrıca dayanacağın da təchizatı imkanı yarandı. Şəxsi gigiyena qaydalarına riayət etmək məqsədilə ofislərimizdə məxsusi olaraq velosipedçilər üçün duş otaqları da fəaliyyət göstərir.

DSC_1175.jpg
Sistemnıe Texnologii şirkətinin ofisində təchiz edilmiş duş kabinələrindən biri.

Artıq neçə ildir ki, biz “Avtomobilsiz Gün” tədbirini keçiririk. Ənənəvi olaraq bu gündə əməkdaşlarımız, hətta avtomobildə hərəkət etməyə alışmış şəxslər belə işə velosipedlə gəlirlər. Bu il bu təşəbbüsü əsasən də yeni veloparkinqin açılışı sayəsində daha çox əməkdaş dəstəkləyə bildi. Biz çox şadıq ki, velonəqliyyatın populyarlaşmasını dəstəkləyə bilirik və ümid edirik ki, gələcəkdə şirkətimizdəki velosipedçilərin sayı daha da artacaq”.

DSC_1213.jpg
Yeni veloparkinqin açılışı anı salamlama nitqi və lentin kəsilməsi də daxil olmaqla həqiqətən də təntənəli keçdi.

DSC_1220.jpg
Yeni veloparkinqin lentini kəsməyi ST velohərəkatının ideya ilhamçısına etibar etdilər. 

DSC_1227.jpg
Bütün velosipedçilərə əlavə hədiyyə kimi yolda zəruri olan su idman şüşələri təqdim edildi.


Sosial şəbəkələrdə Share
Sonrakı
Bütün bank avtomatlaşdırması 2015: bank avtomatlaşdırması sahəsində ən müasir məhsullar, çözümlər və xidmətlər