İndi üstəlik iPAD-da

06.08.2014

İndi üstəlik iPAD-da


Dünya statistikası planşetlər bazarının durmadan artmasını göstərir. 2013-cü ilin yekunlarına görə dünyada təxminən 200 milyon planşet satılıb, onların arasında Apple şirkətinin də 70 milyondan çox planşeti var. Bundan əlavə, iPad biznes üçün ən populyar planşet kimi tanınır: şirkətlərin aktivləşdirdiyi bütün yeni planşetlərin 90%-dən çoxu məhz bu brendə aiddir.

Sistemnıe Texnologii şirkəti iPad istifadəçilərini sevindirə bilər: İndi planşetlər üçün populyar İnternet-bank proqramı iOS platformasında da istifadə edilə bilər. Proqramda istifadəçinin sahib olduğu kartların tam siyahısı və təfərrüatları mövcuddur. Menyuda kart hesabındakı əlçatımlı vəsaitlər, bloklanmış vəsaitlər, kredit limiti, son icra edilmiş əməliyyatlar və onların detalları haqqında məlumatlar var. Zaman müddəti və əməliyyatlar kontekstində çıxarışlar yaratmaq imkanı təqdim edilir.

Hesablar və əmanətlər siyahısında istifadəçi hesabın təfərrüatlarını nəzərdən keçirə, əməliyyatlar tarixini, depozitlər haqqında məlumata və köçürülən faizlərə baxa bilər. Əmanəti artırmaq və hesab/əmanət üçün fərdi ad yaratmaq imkanı əlavə edilib.

Şəxsi Pul Vəsaitləri Meneceri valyutalar, kartlar, hesablar və əmanətlər kontekstində bütün əlçatımlı maliyyə vəsaitlərini təqdim edir. Rahat quraşdırıla bilən filtrlər verilənləri istənilən kombinasiyada qrafik görünüşdə təqdim edir, eyni zamanda da vəsaitləri istifadəçinin seçdiyi universal valyutaya hesablayır. Proqramın rahat bir funksiyası xəritədə Bankın şöbələrinin bankomat və tərəfdaşlarının axtarışı imkanıdır. Sistem həmçinin seçilmiş nöqtəyə hərəkət marşrutunu quraşdırır.

Bu proqram iPad planşetləri üçün birinci İnternet-bank versiyasıdır. Sistemnıe Texnologii şirkəti onun təkmilləşdirilməsi istiqamətində işi davam etdirir. Tezliklə push-bildirişlər, müxtəlif bankların kartlarına vəsaitlər köçürülməsi funksiyası, şəxsi vəsaitlərin analizi üzrə yeni imkanlar və bir sıra digər imkanlar peyda olacaq.

Priorbank ASC-nin müştəriləri artıq iOS platformasında planşet İnternet-bankının yeni versiyasından istifadə edirlər. Proqramı endirmək üçün Apple App Store-a daxil olun və axtarış sətrində Priorbank HD yığın, yaxud öz bankınıza müraciət edin. Sizə uğurlu istifadə arzulayırıq!


Sosial şəbəkələrdə Share
Sonrakı
Sistemnıe Texnologii şirkətinin proqram təminatı ilə pul vəsaitlərinin köçürülməsi daha da asanlaşıb