İnternet-Bankda rekord sayda ödənişlər

20.01.2016

İnternet-Bankda rekord sayda ödənişlər


Priorbank ASC-nin məlumatlarına görə, SİSTEMNIE TEXNOLOGİİ şirkətinin 2015-ci ilin dekabr ayı üçün hazırladığı Prior Online İnternet-Bankındakı ödənişlərin sayı 1 milyonu ötüb keçmişdir ki, bu da 2014-cü ilin analoji dövründə həyata keçirilmiş sövdələşmələrdən 35% çoxdur.

Bu cür göstəricilər nə ilə əlaqədardır? Şübhəsiz ki, İnternet-Bankın müştəri bazasının genişləndirilməsi birinci dərəcəli amildir. Keçən illə müqayisədə, bu uzaq məsafədən xidmət kanalının aktiv istifadəçilərinin sayı 45%-dən çox artmışdır!

Hər ay Priorbank ASC-nin 15000-dən çox müştərisinin quraşdırdığı Prior Online mobil qoşmaları da sürətli tempi qoruyub saxlamağa çalışırlar. “Rekord” UBTS-i (Uzaqdan Biznes Təhsili Sistemi) işləyib hazırlamış SİSTEMNIE TEXNOLOGİİ şirkəti göstəricilərin ən yaxın zamanda daha da inandırıcı olacağına əmindir, çünki 2016-cı ildə istifadəçiləri Mobil bankın, həmçinin fiziki və hüquqi şəxslər üçün İnternet-bankın yenilənmiş versiyaları gözləyir.

Yeniliklərdə istifadəçinin iş rahatlığına xüsusi diqqət yetirilir. İnternet-bankın iş masası vidcetlər dəstindən hazırlanır ki, bunlar da öz növbəsində dinamik surətdə yenilənir və istifadəçi tərəfindən qurula bilər. Beləliklə, istifadəçi iş masasını müstəqil hazırlayır, onu maraqlandıran informasiyalarla vidcetləri əlavə edir və onları drag-and-drop (dartıb buraxmaq - tərc.) prinsipi ilə hərəkət etdirir.

Mobil qoşmalar üçün bir nömrəli vəzifə - bir ekranda ən vacib informasiyanın rahat əldə edilməsi və cəld ödənişlərdir. Yeni Mobil bank istifadəçinin marağını nə ilə cəlb edəcək? Burada Siz İnternet-Bankına analoji olaraq qurula bilən, dinamik blokları olan iş masasını tapacaq, bir düymə ilə ödənişlər, qoşmanın iş masasından ödənişin cəld təkrarını icra edə, həmçinin TouchID, qrafik açar və ya rəqəmli pin-kodla əməliyyatları təsdiqləyə biləcəksiniz.

Bank müştərilərinə İnternet vasitəsilə müasir xidmətlərin göstərilməsinin üstünlükləri haqqında əlavə məlumat əldə edin və ya çözümlərin fərdi təqdimatını elə indi sifariş edin!

Дама с компьютером.jpg

Sosial şəbəkələrdə Share
Sonrakı
Yeni İlin izi ilə