Oracle Cloud Day 2015-də bulud texnologiyalarının köməyi ilə İT strategiyasını təkmilləşdiririk

24.11.2015

Oracle Cloud Day 2015-də bulud texnologiyalarının köməyi ilə İT strategiyasını təkmilləşdiririk


17 noyabr 2015-ci ildə Renessans Minsk Mehmanxanasında Oracle Cloud Day 2015 konfransı keçirildi. SİSTEMNIE TEXNOLOGİİ şirkəti tədbirin bürünc sponsoru qismində çıxış etmiş və Azərbaycan Dəmir Yolları QSC-də maliyyə sisteminin tətbiqi ilə əlaqədar ən böyük layihələrdən birini təqdim etmişdir. SİSTEMNIE TEXNOLOGİİ MMMM-in aparıcı biznes-analitiki “Azərbaycan Dəmir Yolları QSC-də maliyyə sisteminin Oracle E-Business Suite bazasında tətbiqinin böyük müəssisənin qlobal informasiya platformasının yaradılmasının əsası kimi” mövzusunda məruzəsində layihənin mərhələləri, spesifik xüsusiyyətləri və əldə edilmiş nəticələr haqqında ətraflı danışmışdır. 2015-ci ildə layihənin üçüncü mərhələsi başlanmış və maya dəyərinin və büdcələşdirmənin, idarəetmə və vergi hesabatlarının, həmçinin BMHS-in (IFRS) formalaşdırılması prosesləri avtomatlaşdırılmışdır.

DSC_0024.jpg
Konfransda həmçinin özəl və hibrid buludlar, In-Memory və Oracle Database 12c texnologiyaları, Oracle biznes qoşmalarının köməyi ilə rəqabət qabiliyyətinin artırılması, müasir geniş müəssisə üçün Mobillik və təhlükəsizlik, cəld və effektiv İT sistemləri üçün Oracle Fusion Middleware innovasiyası məsələləri müzakirə edilmişdir.  

DSC_0031.JPG     
Layihə marağınızı cəlb etdi? Müəssisənizin avtomatlaşdırılmasını düşünürsünüz? SİSTEMNIE TEXNOLOGİİ MMMM-ə müraciət edin və mütəxəssislərimiz Sizin üçün çözümlərin şəxsi nümayişini təşkil edəcəklər.

DSC_0034.JPG

Sosial şəbəkələrdə Share
Sonrakı
Bütün bank avtomatlaşdırması 2015 mövzusunda II Beynəlxalq Forumun nəticələri