Rəqəmsal bankçılıq və maliyyə biznesinin transformasiyasının gələcəyi “BankİT'2015” Forumunun əsas məsələləridir

26.11.2015

Rəqəmsal bankçılıq və maliyyə biznesinin transformasiyasının gələcəyi “BankİT'2015” Forumunun əsas məsələləridir


18-20 noyabr tarixində Prezident-otel mehmanxanasında keçirilən “BankİT'2015” bank informasiya texnologiyaları mövzusunda XII Beynəlxalq Forum bank, maliyyə və İT sahələrindən mindən çox mütəxəssisin diqqətini cəlb etmişdir. Maliyyə biznesinin rəqəmsal transformasiyası Forumda müzakirə edilən əsas mövzu oldu.

DSC_01901.jpg

Forumun Gümüş tərəfdarı qismində çıxış edən SİSTEMNIE TEXNOLOGİİ şirkəti öz müştərilərini bir neçə yeniliklə sevindirdi. Şirkətin mütəxəssisləri yeni cəlbedici interfeysi və istifadəçinin iş masasının müstəqil quraşdırılması imkanı ilə fərqlənən mobil bankçılığın yeni versiyasını işləyib hazırlamışlar. iOS platformasında, o cümlədən Apple Watch üçün işlənib hazırlanmış yeni ClickPay tətbiqinin köməyilə ödəniş prosesi bir ana qədər azalacaq: nə avtorizasiya kodunun, nə də xüsusi parolların daxil edilməsi tələb olunmur, Sizin ən populyar ödənişini seçmək və bir kliklə ödənişi icra etmək yetər.

DSC_0278.jpg

Forumun seksiya bölməsində baş direktorun müavini Aleksandr Yermakoviç Stefanoviç “Niyə bütün DBX sistemləri eynidir və bununla əlaqədar nə etmək olar?” mövzusunda məruzə ilə çıxış etmiş və mobil bankçılığın inkişaf perspektivlərini xüsusi vurğulamışdır.

DSC_0236.jpg

“Biznesin effektiv idarə edilməsi” bölməsində İcraçı Direktor Sergey Vasilyeviç Kravçenko bankda müasir hesabat-analitik sistemin yaradılması məsələlərini nəzərdən keçirdi.

DSC_0308.jpg

Sosial şəbəkələrdə Share
Sonrakı
Sizin səsiniz bizim üçün əhəmiyyətlidir!