SİSTEMNIE TEXNOLOGİİ şirkəti ilə Nağıla Bənzər Yeni İl

21.12.2015

SİSTEMNIE TEXNOLOGİİ şirkəti ilə Nağıla Bənzər Yeni İl


Yeni il yaxınlaşır. O, ilin ən parlaq və sevincli bayramlarında biri olub hədiyyə və möcüzələrlə doludur. Eyni zamanda, Yeni il öz müştəriləri üçün yeni il hədiyyələri seçimi ilə üzləşən şirkətlər üçün əsl sınağa çevrilə bilər. Nə hədiyyə etməli? Necə təəccübləndirməli? Rəqiblər fonunda necə seçilməli? Yadda qalan hədiyyəni necə yaratmalı? Kataloqlarda bütün məhsullar eynidir, əsas konsepsiyalar artıq tətbiq olunub və bir neçə dəfə təkrarlanıb, bu halda nə etməli? 

Koko Şanel bir dəfə çox düzgün qeyd etmişdi: “Unikal olmaq istəyirsinizsə, heç kimə bənzəməməlisən!” Bu, istənilən şirkət üçün ən yaxşı deviz deyilmi? SİSTEMNIE TEXNOLOGİİ şirkəti məhz bu yolu seçmiş və Yeni İl ərəfəsində əsl nağıl macərasına yollanmışdı.

IMG_1134_1.jpg

“Şirkətimiz üçün 2015-ci il çox zəngin idi: yeni firma üslubu tətbiq edilmiş, yeni ofisin açılışı baş tutmuşdur”, - deyə marketinq şöbəsinin rəisi Yelena İodo bildirir. Firma üslubunun dəyişməsi mühüm oldu: biz öz simvolikamızı, rəng qammamızı, bütün atributlarımızı tam dəyişdik. Məhz bu səbəbdən şöbəmiz qarşısında qoyulan bir nömrəli vəzifə firma üslubunun müştəri və tərəfdaşlarımızın şüuruna çox axıcı tətbiqidir. Yeni identika ilə mədəni inkişafımızın yeni istiqaməti də meydana çıxdı - Belarus dilinin, ölkəmizin mədəni irsinin populyarlaşdırılması. Biz bu konsepsiyanı hər şeydən əvvəl yeni ofis layihəsində gerçəkləşdirmişik və yeni il təbrik kampaniyasında müvəffəqiyyətlə tətbiq etmişik.

IMG_1142_1.jpg
Qeyd etmək lazımdır ki, bu il şirkətimiz “Беларускія казкі для iPhone і iPAD” ictimai maliyyələşmə (crowdfunding) layihəsinə maliyyə dəstəyi göstərmişdir. Palaç qrupunun lideri Oleq Xomenkonun səsləndirdiyi bu Belarus dilindəki müəllif layihəsinin əsas məqsədi Belarus nağıllarının populyarlaşdırılması olmuşdur. Məhz bu layihə müştəri və tərəfdaşlar üçün qeyri-adi yeni il hədiyyələrinin yaradılmasına ruhlandırmışdır. “Nağıl” əlavəsində diqqət yetirdiyiniz birinci şey parlaq illüstrasiyalardır. Biz bu təkrarsız təsvirləri yaradan istedadlı rəssamdan yardım istədik və əməkdaşlığımızın nəticəsində yeni il suvenirləri üçün unikal rəsmlər seriyası meydana gəldi. Hədiyyə istehsalatında mərkəzi yer təqvimə ayrılır. Məncə təqvim çox parlaq və yaddaqalan alınmışdır. Burada əsas qəhrəmanlar təqvim gününü təmsil etdirən Ay və Günəşdir. Təfərrüatlara nəzər salmağı tövsiyə edirəm: bir illüstrasiyada bizim yalnız nağıllardan deyil, zəngin belarus poeziyasından, xalq mahnılarından, səciyyəvi belarus ənənələrindən də tanıdığımız çoxsaylı personajlar gizlənir.

Копия IMG_1140_1.jpg
Təqvim öz növbəsində müvafiq poliqrafiya məhsullarının qeydiyyatı üçün istinad nöqtəsi oldu: nağıl personajlarımız hədiyyə paketlərində, açıqcalarda və belarus quşüzümü qutularında yer aldı. Bizdə açıqcalar da sürprizlədir: müştərilərimizə “Беларускія казкі для iPhone і iPAD” qoşmasının endirilməsi üçün şəxsi kodlar hədiyyə edirik; beləliklə də, belarus nağılı hər bir ailənin bir hissəsinə çevriləcək.

IMG_1137_1.jpg

Biz yeni il suvenirlərimizi çox böyük ilhamla hazırlamışıq və ümid edirik ki, bu nağıl əhval-ruhiyyəsini bizdən bu mükəmməl hədiyyəni alacaq bütün şəxslərə ötürə bilərik”.

IMG_1162_1.jpg
IMG_1147_1.jpg
IMG_1146_1.jpg

Системные-технологии_066_1.jpg



Sosial şəbəkələrdə Share
Sonrakı
“HR-Brand 2015”-də yeni ofis layihəsi