«SİSTEMNIE TEXNOLOGİİ» şirkətindən «Alfa-Biznes Mobayl»

07.09.2016

«SİSTEMNIE TEXNOLOGİİ» şirkətindən «Alfa-Biznes Mobayl»


Hüquqi şəxslər üçün «Alfa-Biznes Mobayl» proqramının yenilənmiş versiyası «SİSTEMNIE TEXNOLOGİİ» şirkəti tərəfindən məxsusi olaraq Alfa-Bank üçün yaradılıb.

Bir çox standart funksiyadan əlavə, yenilənmiş proqram indi biznes sahiblərinə və fərdi sahibkarlara ödənişləri birbaşa olaraq mobil telefon vasitəsilə asan və cəld həyata keçirmək imkanı verir.

«Alfa-Biznes Mobayl»ın imkanları:

Cəld ödənişlər
Hüquqi şəxslər üçün mobil bankın yeni versiyasının əsas üstünlüyü ödənişin hüquqi, fiziki şəxsə və ya büdcəyə birbaşa proqramdan belorus rublu ilə həyata keçirilməsi imkanıdır. İşin asanlaşdırılması üçün ödənişin nüsxəsinin funksiyaları və cavab ödənişləri nəzərdə tutulub. Sahələrin avtomatik doldurulması və məlumatın daxil edilməsi üçün arayışlar da ödəniş prosesini sürətləndirir.


3-01.jpg


Rekvizitlərlə sadə iş
Zəruri hallarda hesabın rekvizitləri asanlıqla saxlanıla və ya istifadəçi üçün istənilən rahat proqram və ya messencer vasitəsilə göndərilə bilər.


Sistemə rahat giriş
Parolun saxlandığı təqdirdə barmaq izi, rəqəmsal smart-kod və ya qrafik açar vasitəsilə cəld girişi quraşdırmaq imkanı var.

1.jpg



Hesablar və ödənişlər haqqında maksimal dərəcədə bütöv məlumat
Şirkət haqqında əsas məlumatların olduğu iş masasında susmaya görə aşağıdakılar olur:

  • hesablar haqqında məlumat,
  • keçən ay üzrə statusa (həm aralıq, həm də son) bölmək şərtilə rubl ilə ödənişlər,
  • keçən ay bütün hesablar üzrə son 5 əməliyyat,
  • valyuta kursları,
  • aktiv və passivlərə bölməklə hesablardakı qalıqların diaqramı.

2-01.jpg


Hesabdan çıxarışda və son əməliyyatlar siyahısında axtarış və filtr funksiyaları mövcuddur.
Parametrlər bölməsində həmçinin istifadəçilərə nəzarət funksiyası da mövcuddur: şirkət rəhbəri mobil banka kimin və nə zaman daxil olduğunu və bu zaman hansı əməliyyatların icra edildiyini yoxlaya bilər.


İş masasının şəxsi parametrləri
İş masasından menyunun bütün əsas bölmələrinə cəld keçid mümkündür. İş masası bloklarının quruluşu və görünürlüyü istifadəçinin arzusuna əsasən quraşdırıla bilər.

Müştərilər üçün əlavə məlumat
İcazəsiz zonada (yəni şəxsi kabinetə daxil olmadan) istifadəçi valyuta kursları, bankomatlar, bölmələr haqqında məlumat əldə edə bilər, həmçinin hesabın açılması ilə əlaqədar arayış göndərmək, banka məktub yazmaq və ya bankda geri zəng sifariş etmək imkanı vardır. Bundan əlavə, İnternet-bankın demo versiyasına giriş imkanı da mövcuddur.


Неавторизованная зона.png


Sosial şəbəkələrdə Share
Sonrakı
«Büdcələşdirmə və idarəetmə uçotunun avtomatlaşdırılması» mövzusunda illik konfrans