«SİSTEMNIE TEXNOLOGİİ» şirkətində rəhbərliyin dəyişdirilməsi

01.08.2016

«SİSTEMNIE TEXNOLOGİİ» şirkətində rəhbərliyin dəyişdirilməsi


1 avqust 2016-cı ildə Aleksandr Yevgenyeviç Mukovozçiki «SİSTEMNIE TEXNOLOGİİ» MMMM şirkətinin baş direktoru vəzifəsində Andrey Nikolayeviç Korşakov əvəz edir.

Uzun illər ərzində Aleksandr Yevgenyeviç Belarus İT sahəsində liderlərdən biri olan, daima böyüyən şirkətin rəhbəri olmuşdur. O, komandanı cəsarətlə bazar dəyişikliklərindən keçirmiş, yeni regionlar açmış və ətraf bazarlarda iqtisadi fəaliyyətin enişləri ilə mübarizə aparmışdır. Onun səyləri nəticəsində, şirkət əhəmiyyətli dərəcədə böyüyə bilmişdir: hər il 400 yüksək dərəcədə peşəkar əməkdaş Belarusda, Ukraynada, Azərbaycanda, Qazaxıstanda, ABŞ və Kanadada layihələr üzərində çalışır və 80-dən çox korporativ müştəriyə xidmət göstərir.  

«Baş direktor vəzifəsi gündəlik inzibati məsələlərin çözümünü nəzərdə tutur», - deyə Aleksandr Yengenyeviç qeyd etmişdir, - «Onlar, əlbəttə ki, əhəmiyyətlidir, lakin zaman və diqqət tələb edirlər ki, bunları da strateji planlaşdırmadan əldə etmək lazım gəlir. Buna görə də mən əməliyyat idarəetməsindən uzaqlaşmaq qərarı qəbul etmişəm ki, strateji inkişaf məsələləri ilə məşğul olum. Eyni zamanda mən şirkətin sahibi və Direktorlar Şurasının üzvü olaraq qalıram.

Əlbəttə ki, mən şirkətin əldə etdiyi müvəffəqiyyətlərlə fəxr edirəm. Beləliklə, 2015-ci ildə «SİSTEMNIE TEXNOLOGİİ» şirkəti yüksək texnologiyalar Parkının bütün rezidentləri arasında belarus bazarında proqram təminatının ən böyük təchizatçısı oldu. Mən şirkətdəki strateji dəyişiklikləri bütövlükdə dəstəkləyirəm və şirkətin əməliyyat idarəetməsini açıq ürəklə Andrey Nikolayeviç Korşakova ötürürəm, əhəmiyyətli müvəffəqiyyətlər arzu edirəm və müştərək qarşıya qoyulmuş məqsədlərə nail olunmasını gözləyirəm!»

Öz vəzifələrinə başlayan Andrey Nikolayeviç Korşakovun iki ali texniki təhsili və həm bank kommersiya sahəsində, həm də «SİSTEMNIE TEXNOLOGİİ» şirkəti çərçivəsində zəngin praktiki təcrübəsi vardır. Andrey Nikolayeviç şirkətə 2002-ci ildə gəlmiş və son 14 il ərzində proqramçıdan Baş Direktorun Müavini vəzifəsinə qədər yol keçmişdir. Son vaxtlar Andrey Nikolayeviç Baş Direktorun olmadığı vaxtlar onun vəzifələrini müvəffəqiyyətlə icra etmişdir.  

«Mən mənə göstərilən etimadla fəxr edirəm və buna görə minnətdaram», - deyə Andrey Nikolayeviç Korşakov öz təyinatına dair açıqlama etmişdir. - «Bu, mənim üçün əsl çağırışdır. Mən bu cür şərəfə və şirkətin xeyrinə göstərdiyi çoxillik əməyə görə Aleksandr Yevgenyeviçə minnətdaram! Mən strateji məqsəd və tapşırıqları icra etməyə, həmçinin böyük idarəetmə komandamızla müştərək işləyib hazırladığımız dəyişiklikləri həyata keçirməyə davam edəcəyəm.

Sistemnıe Texnologii şirkətindəki bu 14 il iş mənim üçün yüksək peşəkarlıq səviyyəsi və nəticəyə motivasiya nöqteyi-nəzərindən nümunəvi olmuşdur və hazırda şirkətimiz öz inkişafının yeni mərhələsinin astanasındadır. «SİSTEMNIE TEXNOLOGİİ» bundan sonra da təkamül etməli və zamanın yeni çağırışlarını elastik şəkildə idarə etməlidir. Mən şirkətin ən yaxşı ənənələrinin qorunması üçün maksimal səylər göstərmək və müəssisəmizin inkişaf planlarını bundan sonra da operativ və müvəffəqiyyətlə həyata keçirmək üçün mümkün olan hər şeyi etmək niyyətindəyəm».

Sosial şəbəkələrdə Share
Sonrakı
«SİSTEMNIE TEXNOLOGİİ» şirkəti işinin yüksək dəyərləndirilməsinə nail olmuşdur