Sistemnıe Texnologii şirkəti ilə “BankİT’2014”-də səyahət edirik

25.11.2014

Sistemnıe Texnologii şirkəti ilə “BankİT’2014”-də səyahət edirik


Plenar iclasın gedişində şirkətin baş direktoru Aleksandr Yevgenyeviç Mukovozçik bank informasiya sistemlərinin inkişafında müasir tendensiyalardan söz açdı.

“Frontal çözümlər” bölümü çərçivəsində Sistemnıe Texnologii MMMM-in BI və CRM sistemlərinin inkişafı üzrə icraçı direktor Soroka Svetlana İvanovna məruzə ilə çıxış edərək dinləyicilərin diqqətini müştərilərlə münasibətlərin CRM sistemləri vasitəsilə idarə edilməsinin “səfərbər edilməsi”nin mümkün yollarına yönəltmişdir.

Biznes analizi, metodologiyalar və marketinq tədqiqatları şöbəsinin rəisi Çıbulkina Tatyana Sergeyevna “Pərakəndə bankçılıq” bölməsində klassik bankdan müasir bankçılığa keçid haqqında danışmış, bankların nümayəndələrinin diqqətini bankın müştəriləri üçün şəxsi maliyyə işlərinin idarə edilməsi sistemlərinin inkişafı, onlayn mühasibatların yaradılması, həmçinin bank proqramlarının qeymifikasiyası kimi yeni maliyyə vasitələrinin işlənib hazırlanması zərurətinə yönəltmişdir.


Şirkətin stendində uzaqdan bank xidməti sistemləri vurğulanmışdır. Forumun ziyarətçiləri iOS və Android platformaları üçün İnternet bankçılığının artıq tanış mobil və planşet versiyalarının yenilənmələri ilə tanış ola, həmçinin WindowsPhone platforması üçün Belarusda ilk mobil bankçılıq proqramını sınaqdan keçirə bilmişlər .

Sistemnıe Texnologii şirkəti həmçinin bütün ziyarətçilərə real vaxt rejimində İnternet bank 2.0 sisteminin funksional xüsusiyyətləri ilə tanış olmaq imkanı da verdi.


Sosial şəbəkələrdə Share
Sonrakı
Sistemnıe Texnologii şirkəti “2014-cü ilin HR brendi”nin nominantıdır