Sistemnıe Texnologii - Misys şirkətinin tərəfdaşı

21.06.2015

Sistemnıe Texnologii - Misys şirkətinin tərəfdaşı


Misys InFusion Select Partner tərəfdaş statusu şirkətlərin bank sistemləri sahəsində çoxillik qarşılıqlı təsirlərinin nəticəsi olmuşdur. Tərəfdaş proqramı çərçivəsində Sistemnıe Texnologii MMMM (Məhdud Məsuliyyətli Müştərək Müəssisəsinin - tərc.) və Misys bank və maliyyə informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində müştərək işlərini davam etdirirlər.

Keçiddə siz Sistemnıe Texnologii MMMM-i Misys şirkətinin tərəfdaşları arasında tapa bilərsiniz.  

Məlumat üçün: Misys şirkəti maliyyə müəssisələri üçün proqram təminatı sahəsində çox mühüm bir yer tutaraq bank və xəzinə işi sahəsində bazarda ən geniş və əlçatımlı çözümlər, eləcə də treydinq və risklərin idarə edilməsi sahəsində məhsullar portfelini təklif edir. Şirkətin dünyanın 120 ölkəsində 1800 müştəri ilə çalışan ekspertlər və tərəfdaşlar komandası həm qlobal, həm də yerli səviyyədə sahələr üzrə problemlərin həlli üçün misli-bərabəri görünməmiş imkanlar təmin edir. Şirkət haqqında ətraflı məlumatı www.misys.com ünvanında əldə etmək olar.

Misys.jpg

Sosial şəbəkələrdə Share
Sonrakı
Şirkətin yeni ofisinin açılması (video)