Sizin səsiniz bizim üçün əhəmiyyətlidir!

26.11.2015

Sizin səsiniz bizim üçün əhəmiyyətlidir!


Şəxsiyyətin müəyyənləşdirilməsinin biometrik üsulları getdikcə daha da populyarlaşır, lakin bu cür metodlardan istifadə etməklə həyata keçirilən layihələrin konkret nümunələri sayca çox deyil. Sistemnıe Texnologii şirkəti səs biometriyasının Priorbank ASC bankının CRM sistemi ilə inteqrasiyasına dair innovasiya layihəsində iştirak etmişdir.

Əlaqə mərkəzində abonentin (bank müştərisinin) kimliyinin təsdiqlənməsini tələb edən məlumatları (məsələn, hesablar və ya müqavilələr haqqında məlumat) operatordan sorğulamasından ibarət olan müştərinin kimliyinin standart təsdiqi proseduru layihə çərçivəsində avtomatlaşdırmanın obyekti oldu. Müştərinin kimliyinin səslə təsdiqini keçirmək imkanı üçün səs etalonunun qeydiyyatı üzrə əlavə proses - səsin 74 xüsusiyyətini nəzərə alan rəqəmsal fayl icra edilmişdir. Bundan sonra səs etalonunun bankın məlumatlar bazasında qeydiyyatı prosesində hər müştərinin səs etalonu saxlanacaq.

Müştəri bankın əlaqə mərkəzinə müraciət edərkən, sistem onun səsini etalona müvafiq olaraq tanıyır, sonra sistem müştərinin səsinin onu etalonu ilə uyğunluq dərəcəsi haqqında operatora avtomatik xəbər verir. Müştərinin müsbət identifikasiyası zamanı pasport və ya telefon nömrəsi ilə əlavə identifikasiya tələb olunmur.

Sistem əlavə olaraq hətta kənar səslər mövcud olduqda belə səsin analizini keçirməyə imkan verən xüsusi səs azaldılması mexanizmləri ilə təchiz edilmişdir. Sistemdə həmçinin səs etalonunun daima zənginləşməsi prosesi sayəsində səsin variasiya (yüngül xəstələnmə, qocalma nəticəsində dəyişikliklər) xarakteristikaları nəzərə alınır.

Layihə Nitq Texnologiyaları Mərkəzi MMC-nin iştirakı ilə həyata keçirilmiş və SİSTEMNIE TEXNOLOGİİ şirkəti bu şirkətin VoiceKey.AGENT sistemini Priorbank ASC-nin CRM sistemi ilə müvəffəqiyyətlə inteqrasiya etmişdir. Bu layihə nəinki Belarusda, həmçinin MDB ölkələrində də bank sferasında kimliyin təsdiqlənməsinə dair biometrik texnologiyalar sahəsində birincidir.  

Səs biometriyası sisteminin tətbiqi nəinki əlaqə mərkəzindəki zəng dövriyyəsinə sərf olunan vaxtı azaltmağa, həmçinin bankın müştəri məlumatları ilə fırıldaqçı davranış halları istisna olmaqla informasiya ilə iş zamanı təhlükəsizliyini səviyyəsini artırmağa da imkan verəcək.

DSC_0514_.JPG.jpg
 

Məlumat üçün:

Müştərinin kimliyinin səslə təsdiqi – əlaqə mərkəzində müştəri ilə telefon söhbəti prosesində əldə edilmiş müştərinin səs modelinin həmin müştərinin məlumatlar bazasında mövcud səs etalonunun səs tutuşdurulması prosesidir.


Sosial şəbəkələrdə Share
Sonrakı
Oracle Cloud Day 2015-də bulud texnologiyalarının köməyi ilə İT strategiyasını təkmilləşdiririk