ST Event’2014: ən yeni işləmələrlə təkbətək

29.10.2014

ST Event’2014: ən yeni işləmələrlə təkbətək


Özünün giriş sözündə Baş Direktor Aleksandr Yevgenyeviç Mukovozçik Sistemnıe Texnologii MMMM-də struktur dəyişiklikləri və şirkətin gələcək inkişaf strategiyalarından söz açmışdır.

CRM sistemlərin işlənməsi şöbəsinin rəisi Andrey Nikolayeviç Volkov ST.CRM alt sisteminin yeni modullarının tətbiqi yolu ilə müştərilərlə münasibətlərin effektivliyinin artırılması mövzusunda məruzə ilə çıxış etmişdir.

Elektron məhsulların inkişafı üzrə icraçı direktor Aleksandr Stefanoviç Yermakoviç Sistemnıe Texnologii şirkətinin yeni məhsullar nəslini təqdim etdi: InternetBank 2.0, MiltiChannel 2.0, Tabletbank 1.0.

Moskvadan dəvət edilmiş natiq, Markswebb Rank & Report analitik agentliyinin baş direktoru Aleksey Sergeyeviç Skobelev yeni ödəniş xidmətlərinin və rəqəmsal xidmətlərin ümumi tendensiyalarını təqdim etdi.

Tədbirin ikinci hissəsində iştirakçılara Sistemnıe Texnologii şirkətinin ən yeni məhsullarının funksionallığını “canlı” prezentasiya formatında qiymətləndirmək imkanı təqdim edildi. Dairəvi masa ərzində dinləyicilər MailBank 3.0, InternetBank 2.0, fiziki şəxslər üçün TabletBank, MobileBank Business və ST.CRM kimi çözümlərlə tanış oldular.

Bundan əlavə, avtomatik sistemlərin Monitorinqi çözümünün nümayişi keçirildi, verilənlər anbarlarının tikilməsi və məlumatların keyfiyyətinin idarə edilməsi, Oracle DB-nin idarə edilməsi və bank proqramlarının inteqrasiyası kimi məsələlər işıqlandırıldı.

Rəsmi hissənin sonunda tədbirin bütün qonaqları ST Event'2014-ün əsas mükafatı olan iPhone 5S-in oynanılmasının iştirakçısı ola bildilər.


Sosial şəbəkələrdə Share
Sonrakı
“BankİT’2014”: bank sektorunda yeniliklər və trendlər