ST Qrup şirkətlər qrupu Oracle tərəfdaşlarının ziyarət konfransında

25.07.2014

ST Qrup şirkətlər qrupu Oracle tərəfdaşlarının ziyarət konfransında


Tədbirin rəsmi hissəsi keçmiş maliyyə ilinin yekunlarına və FY15-də əməkdaşlığın əsas istiqamətlərinə həsr edilib. Bundan əlavə, Belarus Respublikasının ərazisində Oracle məhsullarının təşviqi üçün gələcək əməkdaşlığın prioritetləri qeyd edilmiş, Oracle Software proqram təminatının satışı üzrə planın icrasının nəticələri, rebeyt (güzəşt, endirim - tərc.) proqramındakı dəyişikliklər açıqlanmış və növbəti il üçün fokus məhsul istiqamətləri qeyd edilmişdir. Ənənəvi olaraq, ən yaxşı tərəfdaşlar mükafatlarla təltif edilmiş və ST Qrup şirkətlər qrupu “Ən məsul” nominasiyasında qalib gəlmişdir.

Konfransın qeyri-rəsmi hissəsində tərəfdaşları xoş bir sürpriz - çay mərasimi gözləyirdi. Ən fəal iştirakçılar özlərini idman müsabiqələrində göstərə bildilər.


Sosial şəbəkələrdə Share
Sonrakı
ST Qrup şirkətlər qrupunun mütəxəssislərinin gözü ilə “2014-cü ildə bank informasiya texnologiyalarının inkişafı perspektivləri və istiqamətlər”