ST Qrup şirkətlər qrupunun mütəxəssislərinin gözü ilə “2014-cü ildə bank informasiya texnologiyalarının inkişafı perspektivləri və istiqamətlər”

30.06.2014

ST Qrup şirkətlər qrupunun mütəxəssislərinin gözü ilə “2014-cü ildə bank informasiya texnologiyalarının inkişafı perspektivləri və istiqamətlər”


Tədbirdə 100-dən mütəxəssis iştirak etmişdir. Seminarın proqramı çox zəngin olmuşdur: banklarda biznes proseslərinin informasiyalaşdırılması və avtomatlaşdırılması ilə əlaqədar daha aktual məsələlərə həsr edilmiş 32 çıxış səslənmişdir. Müzakirə edilən mövzular arasında ön ofis çözümləri, bank mühasibat sistemləri, skorinq kartları, internet-bank texnologiyaları, bankın strateji idarə edilməsi vasitələri, iş masalarının virtuallaşdırılması texnologiyaları xüsusi maraq doğurmuşdur.

Marko şirkəti tədbirin tərəfdaşı qismində çıxış etmiş və seminarda 3 məruzə təqdim etmişdir. Marko LTD-nin informasiya mühafizəsi şöbəsinin rəhbəri Yevgeniy Volkov və PCI DSS, SRC (Almaniya) standartı üzrə beynəlxalq auditor Dmitriy Çıqankov çatışmazlıqların və standarta müvafiqliyin yoxlanması məqsədilə şəbəkə infrastrukturunun, bankomatlar və ödəniş-məlumat terminalları şəbəkəsinin daxili skanlamalarının keçirilməsi prosesi haqqında danışmışlar.

Marko-Plyus LTD-nin baş direktoru Vladimir İvanov özünəxidmət terminallarında təşkilatların və fərdi sahibkarların ticarət gəlirlərinin qəbulu məsələsini açıqladı.

Öz növbəsində Marko LTD-nin direktoru Sergey Kruk İT xidmətlərinin, proqram aktivlərinin və autsorsinqin (outsourcing - kənar resursların cəlb edilməsi - tərc.) idarə edilməsi məsələləri üzrə dəyirmi masa iştirakçısı oldu və dinləyiciləri bu sual haqqında düşünməyə məcbur etdi: autsorsinqdən necə faydalanmaq olar?


Sosial şəbəkələrdə Share
Sonrakı
"Sistemnıe Texnologii" Belarus bazarı üçün ən böyük çözümlər təchizatçısıdır