İT inkişafı sahəsində ən yaxşı bank olan Priorbank ASC-ni təbrik edirik

28.05.2014

İT inkişafı sahəsində ən yaxşı bank olan Priorbank ASC-ni təbrik edirik


2013-cü ilin yekunlarına görə, Priorbank informasiya texnologiyaları sahəsində inkişaf və transformasiya sahəsində Raiffeisen qrupunun bütün şəbəkə bankları arasında ən yaxşı bank kimi təsdiq edilmişdir. Bank “Best Progress in IT-transformation” (İT transformasiyası üzrə ən yaxşı tərəqqi - tərc.) mükafatına layiq görülmüşdür. Ən böyük irəliləyiş bank şöbələri ilə qarşılıqlı əlaqələrin təşkili, İT arxitekturasının idarə edilməsi, İT xidmətlərin göstərilməsini təmin edən proseslərin inkişafı, o cümlədən Lean metodologiyasının tətbiqi kimi sahələrdə qeyd edilmişdir. Biz bu gözəl nailiyyət münasibətilə öz tərəfdaşlarımızı təbrik edirik və ümid edirik ki, Priorbank ASC ilə Sistemnıe Texnologii MMMM-in məhsuldar əməkdaşlığı uzun illər davam edəcək və müştərək işimizin ən yüksək səviyyədə qiymətləndirilməsi üçün zəmin olmağa davam edəcək.


Sosial şəbəkələrdə Share
Sonrakı
ST Qrup holdinqi ST Qrup şirkətlər qrupuna yenidən təşkil edilmişdir