İT şirkətinin baş direktoru: ehtimal ki, 10 ildən sonra biz artıq bədənimizdə çiplər yerləşdirəcəyik

05.11.2014

İT şirkətinin baş direktoru: ehtimal ki, 10 ildən sonra biz artıq bədənimizdə çiplər yerləşdirəcəyik


“BankİT'2014” bank informasiya texnologiyaları üzrə XI Beynəlxalq Forumu növbəti dəfə 19-20 noyabr 2014-cü ildə Minskdə keçiriləcək.

10 il ərzində biznes dairələri üçün ən böyük meydança olan forumda müasir texnologiyaların tətbiqi əsasında bank sektorunun effektivliyinin artırılması ilə əlaqədar məsələlər müzakirə edilir.

Tədbirin keçirilməsi ərəfəsində Myfin.by forumunun baş internet tərəfdaşının müxbiri Sistemnıe Texnologii MMMM-in baş direktoru Aleksandr Mukovozçiklə söhbət etmişdir. 

Məlumat

Sistemnıe Texnologii MMMM Belarusda bank, maliyyə və sənaye sahələri üçün ən böyük proqram təminatı tərtibatçılarından biridir. Şirkətin proqram məhsulları müştərilərin əsas biznes vəzifələrinin effektiv çözümünə yönləndirilmişdir.

Sistemnıe Texnologii MMMM-də İT texnologiyaların bütün istiqamətləri üzrə 500-dən çox yüksək ixtisaslaşmış mütəxəssis çalışır. Sistemnıe Texnologii şirkətinin fəaliyyətinin ən vacib istiqaməti bu gün və hər zaman Belarus Respublikasında öz-özünü təmin edən, ölkənin iqtisadi potensialını qaldırmağa və onu yüksək texnologiyalar sahəsində dünya mərkəzlərindən biri edə bilən İT sənayesinin yaradılmasıdır.

Sistemnıe Texnologii şirkəti yüksək texnologiyalar Parkının rezidenti, İnfopark elmi-texnoloji assosiasiyasının üzvüdür. Şirkətin müştəriləri həm Belarus Respublikasında, həm də xaricdə ən böyük banklar və sənaye müəssisələridir.

Myfin.by: 
– Aleksandr Yevgenyeviç, deyin görək hazırda banklar arasında hansı proqram çözümləri daha çox tələb edilir?

A. Mukovozçik:  
– Başa düşməliyik ki, müxtəlif banklar var: Belarus bazarı və bank sənayesinin dünya bazarı. Qlobal bazarda və Belarusdakı tendensiyalar bir-birindən fərqli olsa belə, eyni zamanda öz aralarında kifayət qədər sıx qarşılıqlı əlaqədədirlər. Bizim bazarımızda müştərilərə rahat xidmətlər göstərilməsi və onların sədaqətinin artırılması ilə bu və ya digər şəkildə əlaqədar olan bütün sistemlər çox uğur qazanıblar. Bundan başqa müxtəlif uzaqdan idarə edilən kanallar və əlbəttə ki, banklara hansı növ müştərilərlə işlədiklərini və hansı məhsullara ehtiyacları olduğunu daha aydın anlamaq imkanı verən CRM sistemlər də populyardır. Hazırda bu, çox dəbdə olan və populyar bir tendensiyadır.

İkinci tendensiya bankın özündə vəziyyəti təhlil etmək, onun fəaliyyət göstərməsini qiymətləndirmək imkanı verən və düzgün inkişaf strategiyası seçməyə kömək edən proqram çözümləridir. Bu, idarəetmə hesabatı və analitikası sistemləridir. Bundan əlavə, büdcələşdirmə və planlaşdırma sistemləri də əhəmiyyətlidir; onlar banka onun yaxın illərdə özü üçün seçdiyi yolu rəqəmlərə çevirmək imkanı verir.

– Bəs onda dünya bazarı nə ilə yaşayır?

– Əvvəllər qeyd etdiyim kimi, bank sənayesinin Belarus və dünya bazarları öz aralarında sıx əlaqədardır. İstənilən bankın əsas məqsədi müştəri bazası yaratmaq, xidməti ucuzlaşdırmaq və eyni zamanda öz kapitalını artırmaqdır. Demək olmaz ki, banklarımız inkişafda geri qalıblar – onlar öz informasiya inkişafında investisiyalara çox diqqət yetirirlər. Moskva Bankının idarəetmə üzvlərindən birinin sözlərinə görə, müasir banklar bank lisenziyası olan şirkətlərdir. Bununla razılaşmamaq çətindir. Hazırda bütün bank əməliyyatlarının avtomatlaşdırılması səviyyəsi çox yüksəkdir və informasiya texnologiyaları banklara çox dərindən nüfuz edir.

– Sizin fikrinizcə, İT şirkətləri banklara real rəqabət təşkil edə bilərlərmi?

– Əslində banklar artıq bu gün böyük qeyri-bank şirkətlərinin ciddi rəqabətinə məruz qalırlar. Yeni internet provayderlər, beynəlxalq internet ödəniş sistemləri, elektron pul sistemləri, kriptovalyutalar və sair meydana çıxır. Bank fəaliyyəti daha beynəlmiləl və bulanıq olur. Həm internet provayderlər, həm də AppStore və GooglePlay kimi smartfonlar üçün böyük proqram təchizatçıları bank əməliyyatlarına ciddi təsir göstərirlər, çünki bu sistemlərdə keçirilən sövdələşmələrin sayı sadəcə olaraq fantastikdir. Bu gün banklar nəinki öz aralarında rəqabət aparırlar, onlar ənənəvi bank xidmətləri olmayan, lakin növbəti üç-beş ildə bank seqmentinin strukturuna əhəmiyyətli dərəcədə təsir göstərə bilən yeni xidmətlərin meydana çıxması şəraitində öz fəaliyyətlərini icra etməlidirlər.

– Gələcəkdə informasiya texnologiyaları sferasında nə dəyişə bilər?

– Hazırda güclü avtomatlaşdırma dalğasını müşahidə etmək mümkündür ki, bu da bir iki il sonra bank xidməti sahəsinə də əhəmiyyətli dəyişikliklər gətirəcək. Əvvəllər heç kim təsəvvür edə bilməzdi ki, telefondan ödənişlər etmək mümkün olacaq. Bu gün uşaq belə bir neçə kliklə ödənişi həyata keçirə bilər. İnsanın informasiya texnologiyalarına yanaşmalarının və ətraf reallıqla qarşılıqlı əlaqələrinin qlobal dəyişikliyi baş verir. Ev və idarə anlayışları “bulanıqlaşmağa” başlayır, şəxsi həyat onlayn rejimdə baş verir – çoxları sözün hərfi mənasında sosial şəbəkələrdə yaşayır və orada real həyatda olduğundan daha çox ünsiyyətə girirlər. Ödəniş vasitələri də eyni istiqamətdə hərəkət edir və güman ki, tezliklə daha müasir texnologiyalar peyda olacaq. Ola bilsin, 10 il sonra insanlar artıq bədənlərinə xüsusi çiplər yerləşdirəcəklər. Tendensiyaları diqqətlə izləmək lazımdır.

–Siz növbəti BankİT'2014 XI Beynəlxalq forumundan nə gözləyirsiniz?

– Əlbəttə, forumun bütün iştirakçıları özlərinin bazarda yerini bir daha təsdiqləməyə, müştəriləri bu texnologiyalar əsasında yaratdıqları öncül texnologiya və məhsulları ilə tanış etməyə ümid edirlər. BankİT sifarişçilərlə təchizatçılar arasında daha sıx ünsiyyət üçün meydandır. Şəxsi ünsiyyətlər bank sahəsində kifayət qədər xüsusi yer tuturlar. Burada forumda təmsil edilə biləcək şirkətin etibarlılığına və şəxsi əlaqəyə böyük diqqət yetirmək əhəmiyyətlidir.


Sosial şəbəkələrdə Share
Sonrakı
ST Event’2014: ən yeni işləmələrlə təkbətək