TIBO 2017

26.04.2017

TIBO 2017


Bu il «SİSTEMNIE TEXNOLOGİİ» şirkəti kollektiv YTP stendi çərçivəsində TIBO 2017 sərgisində iştirak edirdi. Geniş auditoriyaya son layihələr - adi işləri daha da sadələşdirməyə kömək edən mobil proqram əlavələri təqdim edilmişdi.

IMG_1800.JPG

«SİSTEMNIE TEXNOLOGİİ» şirkətinin yeni xidmətlərindən biri, Belarusda birinci olan BYNgo adlı ödəniş çat-botudur. Onun köməyi ilə istənilən bankın kart sahibi birbaşa messencerdə bir çox xidmətlər üçün ödənişlər edə bilər (kommunal xidməti ödənişləri, telefon, DAM cərimələri və s.), və həm də kartın balansını artıra, yeni yaranmış borclar barədə məlumat əldə edə bilər. Bunun üçün heç bir əlavə vəsait tutulmur. Ödəniş kartlarının təhlükəsizlik məsələsi isə layihəçilər tərəfindən əsaslı surətdə nəzərə alınıb - bütün ödənişlər beynəlxalq təhülkəsizlik standartı PCI DSS-ə uyğun olaraq həayata keçirilir. İndi BYNgo ödəniş botundan TelegramViberFacebook Messenger messencer lərində istifadə etmək olar.

IMG_1831.JPG

«SİSTEMNIE TEXNOLOGİİ» «Smart-siti» üzrə də bir neçə həll yolları təqdim etdi. YDM-də yanacaq pulunun mobil telefon vasitəsilə ödənməsi üçün DRIVE&PAY proqram əlavəsi. Tezliklə DRIVE&PAY AppStore və Google Play-ə köçürmələr üçün mövcud olacaq və «Belarusneft» yanacaqdoldurma şəbəkəsində işləməyə başlayacaq.

Ağıllı şəhər üçün daha bir həll yolu, ictimai nəqliyyatda kontaktsız gedişhaqqı ödəməsi üçün olan mobil proqram əlavəsi «Elektron bilet»dir. Nəqliyyatda və dayanacaqlarda olan xüsusi məlumatöütrücü cihazların köməyi ilə proqram əlavəsi istifadəçinin nə zaman və hansı nəqliyyat vasitəsinə mindiyini təyin edir və əvvəlcədən əlaqəli olan bank kartındakı vəsaitlərdən istifadə etməklə gedişhaqqını ödəməyi təklif edir. Gedişhaqqının ödənmsəinin təsdiqi kimi OR kodlu elektron bilet alır və nəzarətçi də onu yoxlayır. Sistemin sınaqdan keçirilməsi Brestdə həyata keçiriləcək.

IMG_1820.JPG

Tibo 2017-ni və o cümlədən «SİSTEMNIE TEXNOLOGİİ» şirkətinin stendini ziyarət edənlər arasında YTP-nın yeni rəhbəri Vsevolod Yançevskiy də var idi. Şirkətin əməkdaşları ona yeni layihələr təqdim etdilər və onunla gələcək üçün olan planlarını paylaşdılar.

17991906_1329053843815656_8004159839694392803_n.jpg

Sosial şəbəkələrdə Share
Sonrakı
«SİSTEMNIE TEXNOLOGİİ» şirkəti «Büllur qarnitur» müsabiqəsinin qalibi oldu