YTP-nin Doğum Günü – 10 yaş

01.06.2016

YTP-nin Doğum Günü – 10 yaş


Düz on il bundan əvvəl, 1 iyun 2006-cı idə, Yüksək Texnologiyalar Parkının ilk rezidentlərinə şəhadətnamələr təqdim edilmişdir. İlkin rezidentlər arasında «SİSTEMNIE TEXNOLOGİİ» şirkəti də olmuşdur.

«SİSTEMNIE TEXNOLOGİİ» şirkəti üçün YTP-yə daxil olmaq artım və genişlənməyə təkan olmuşdur. Hazırda bizdə 400-dən çox insan çalışır, 2006-cı ildə isə 60 əməkdaş vardı.

Aleksandr Yengenyeviç Mukovozçik:
«Bu gün YTP öncül texnologiyalar və yaradıcı ideyaların təmərküzləşdiyi bir yerdir. İstedadlı proqramçılar belarus İT sahəsinin inanılmaz inkişafı üçün zəmin yaradırlar.

YTP-nin səyləri sayəsində 10 il ərzində proqramçı peşəsi Belarusda çox populyar olmuşdur. Səmərəli şərtlər proqramçılara özlərini və öz planlarını həyata keçirmək imkanı verir. Mütəxəssislərin ölkədən axını da başa çatmışdır.

Arzu edirik ki, YTP şirkət və mütəxəssislərin inkişafını dəstəkləməyə davam etsin və yaxın gələcəkdə belarus İT-klasteri dünyada öncül yerləri tutsun.»


Sosial şəbəkələrdə Share
Sonrakı
"Rəqəmsal bankinq" konfransı. Bank və bankinqin gələcəyi