Pərakəndə biznes üçün avtomatlaşdırılmış bank sistemi

MÜŞTƏRİLƏRƏ - FİZİKİ ŞƏXSLƏRƏ SATIŞ VƏ YA XİDMƏTLƏR GÖSTƏRİLMƏSİ ZAMANI BÜTÜN BANK ƏMƏLİYYATLARI SPEKTRİNİN AVTOMATLAŞDIRILMASI

Avtomatlaşdırılmış bank sistemi Banklar Qeyri bank kredit-maliyyə təşkilatları

Pərakəndə biznes üçün avtomatlaşdırılmış bank sistemi müştərilərə - fiziki şəxslərə satış və ya xidmətlər göstərilməsi zamanı tələb oluna bilən bütün bank əməliyyatları spektrinin - əmanətlər, kreditlər, plastik kartlarla əməliyyatlar, köçürmələr, ödənişlər və valyuta mübadiləsinin avtomatlaşdırılmasını təmərküzləşdirir. Bu zaman müştərilərə xidmət sektorunda bank fəaliyyətinin bütün sahələrində tam avtomatlaşdırma dövrəsi icra edilir. Sistem həmçinin bank rəhbərliyini zəruri idarəetmə məlumatları ilə təmin edərək cari fəaliyyətin təhlilinə və proqnoz göstəricilərinin formalaşdırılmasına imkan yaradır.

Sistemin üstünlükləri

    • Sistem Oracle verilənlər bazasının idarə edilməsi sistemi platformasında icra edilmiş və böyük həcmdə verilənlərlə iş üçün nəzərdə tutulmuşdur;
    • Təhlükəsizlik və audit sistemi BR MB-nın təhlükəsizlik standartlarına uyğundur;
    • Müxtəlif xarici sistemlərlə təkmil qarşılıqlı təsir vasitələri: kredit sənəd dövriyyəsi, emal mərkəzləri, Call Center, CRM və s;
    • Belarus Respublikasının qanunvericiliyinə tam uyğunluq.

Pərakəndə biznes üçün avtomatlaşdırılmış bank sistemi sisteminin modulları

Sistem aşağıdakı modullardan ibarətdir:

Pərakəndə biznes üçün avtomatlaşdırılmış bank sistemi 

Funksional imkanlar

    • Alt sistemin əsas məntiqi obyektlərinin, bələdçilərin, vahid müştəri kartotekasının, hesablar və uçot komponentinin təhlükəsizliyinin və quraşdırılmasının təmin edilməsi;
    • "Əmanət” əməliyyatlarının uçotu: əmanətlərin açılması və artırılması, əmanətin bərpası, faizlərin hesablanması, əmanətin tamamən və ya qismən çıxarılması;
    • Əmanətin bir qisminin bank müştərilərinin hesabları arasında köçürülməsi, digər banka köçürmə, faizlərin çıxarılması, müştərinin bankdakı hesabları arasında faiz transferi, əmanətin bağlanması;
    • Müştərilərə kredit əməliyyatları üzrə xidmətlər göstərilməsi və kredit müqaviləsinin rəsmiləşdirilməsi, ödənişlər qrafikinin tərtibatı, faizlərin hesablanması, kredit borclarının ödənilməsi uçotu və s. kimi funksiyaların icrası;
    • Plastik kartların emissiyası, kart hesablarının idarə edilməsi, kart hesablarında kredit limitini aşma uçotu üzrə əməliyyatların həyata keçirilməsi;
    • Valyuta alış-satışı və konversiyası, ödəniş sənədlərinin alış-satışı ilə əlaqədar əməliyyatların icrası;
    • Milli Banka təqdim edilən bütün zəruri hesabat formalarının, habelə fərdi analitik hesabatın əldə edilməsi;
    • Təşkilatlarla qeydiyyatdan keçirilmiş müqavilələr, eləcə də elektron ödəniş tələbləri əsasında kommunal və digər ödənişlərin qəbulu;/li>
    • Beynəlxalq köçürmələr, digər bankdan və ya avtonom filialdan köçürmələr və ya müxtəlif ödəniş sistemləri üzrə köçürmələr kimi hesab açmadan ödənişlərin qəbulu;
    • Hesablara köçürmələr və ya hesablardan pul çıxarmaları ilə əlaqədar əməliyyatların siyahıları ilə işləmlər;
    • Daimi qüvvədə olan ödəniş sənədlərinin uçotu və kredit borclarının və s. ödənilməsi məqsədilə müştərilərin hesabları arasında köçürmələr üçün vəsaitlərin bu sənədlərə əsasən müştəri hesablarından çıxarılması əməliyyatlarının icrası.
Sosial şəbəkələrdə Share