Bank risklərinin idarə edilməsi

RİSKLƏRİN BANK SƏVİYYƏSİNDƏ İDARƏ EDİLMƏSİ PROBLEMİNƏ KOMPLEKS YANAŞMA

BI sistemləri Riskin idarə edilməsi Banklar Qeyri bank kredit-maliyyə təşkilatları Sığorta və lizinq

Bank risklərinin idarə edilməsi bütövlükdə əsas üsulların mürəkkəbliyi ilə “məntiqi” idarəetmə arasında zəruri balansı təmin etməklə risklərin bank səviyyəsində idarə edilməsi probleminə kompleks yanaşmadır.



Sistemin üstünlükləri

    • Məhsul bütün əsas bank riskləri növlərinin (kredit, bazar, likvidlik, faiz) aydın kəmiyyət qiymətləndirməsini təmin edir;
    • Məhsul bank riskləri göstəriciləri ilə əlaqədar tendensiyaları araşdırmaq imkanı verir;
    • Məhsul bank riskləri səviyyəsini məhdudlaşdıran hədlərin avtomatik nəzarətini təmin edir;
    • Məhsul bank rəhbərliyinin həm standart, həm də qeyri-standart sorğularına əsaslandırılmış cavabları operativ şəkildə formalaşdırmaq imkanı verir;
    • Məhsul idarəetmə məlumatlarının hazırlanması və risklərin idarə olunması sahəsində idarəetmə qərarlarının əsaslandırılması zamanı insan amilini minimuma endirməklə nəticələrin sabitliyini və təkrarlanmasını təmin edir.

Sistemin imkanları

Məhsul aşağıdakı əsas risk növlərinin idarə edilməsinin təşkili nöqteyi-nəzərindən bankların ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulmuşdur:

Bank risklərinin idarə edilməsi
 

Bank risklərinin idarə edilməsi sistemi nələrə qadirdir?

  • Bankın fəaliyyətinin daxili və (və ya) xarici amilləri ilə əlaqədar müxtəlif hadisələrin meydana çıxması nəticəsində potensial itkilərin (zərərlərin) və/və ya planlaşdırılmış gəlirlərin əldə edilməməsinin kəmiyyət qiymətləndirməsini təmin etmək;
  • Əsas risk göstəricilərini (riskin əsas amillərinə nəzarət, eləcə də risklərin səviyyəsinə nəzarət üçün istifadə edilən göstəricilər (parametrlər) sistemini) hesablamaq;
  • Bankın risk profilini (bankın müxtəlif risk növlərinə məruz qalmasını xarakterizə edən risk göstəriciləri və digər məlumatlar dəstini) qurmaq;
  • Riskə tolerantlıq səviyyəsini (fəaliyyət növlərinin strategiyası, xarakteri, həcmi və mürəkkəbliyinə, eləcə də maliyyə vəziyyətinə əsasən bankın öz maliyyə etibarlılığını və uzunmüddətli fəaliyyətini təmin etmək məqsədilə özü üçün yolverilən (təhlükəsiz) müəyyən etdiyi riskin səviyyəsini (həcmini)) müəyyən etmək;
  • Riskə meylliliyin (risk iştahının) göstəricilərini (bankın (bank şöbəsinin) mənfəət əldə etmək və ya digər məqsədlərə nail olmaq üçün fəaliyyətlər həyata keçirdiyi zaman qəbul etməyə meylli olduğu riskin səviyyəsini (həcmini)) müəyyən etmək;
  • Risklər üzrə idarəetmə hesabatını formalaşdırmaq.
Sosial şəbəkələrdə Share