BMHS-a müvafiq maliyyə hesabatları

BANKIN HESABATLARININ BMHS TƏLƏBLƏRİNƏ MÜVAFİQ HAZIRLANMASI PROSESİNİN AVTOMATLAŞDIRILMASI

BI sistemləri Banklar Qeyri bank kredit-maliyyə təşkilatları Sığorta və lizinq

BMHS-ə uyğun hesabatların hazırlanması mühasibat uçotu və hesabatlarla əlaqədar milli standartlara əsasən əldə edilmiş uçot məlumatlarının transformasiyası prinsipi ilə həyata keçirilir.



Sistemin üstünlükləri

    • Məhsul hesabatın hazırlanması və təqdimatı üzrə əmək xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını təmin edir;
    • Məhsul informasiyanın hazırlanmasının bütün mərhələlərində tam şəffaflığı və nəzarəti BMHS-ə müvafiq şəkildə təmin edir;
    • Məhsul insan amilini minimuma endirməklə nəticələrin sabitliyini və təkrarlanmasını təmin edir;
    • Məhsul bank hesabatlarının illik auditi zamanı bank mütəxəssisləri ilə kənar auditorların effektiv qarşılıqlı əlaqəsini dəstəkləyir;
    • Audit şirkətinin əməkdaşlarının ödənilən əmək saatlarının azaldılması hesabına beynəlxalq auditin dəyərinin əhəmiyyətli dərəcədə azaldılmasına yardımçı olur.

Sistemin funksional imkanları

BMHS    

Lisenziya obyektləri:

  • Hesabatların BMHS-ə uyğun formalaşdırılması üçün zəruri və kifayət ilkin məlumatlar modeli;
  • BMHS-ə uyğun maliyyə və iqtisadi göstəricilərinin əvvəlcədən qurulmuş dəsti;
  • Bank əməliyyatları haqqında ilkin məlumatların BMHS-ə uyğun şəkildə maliyyə və iqtisadi göstəricilər dəstinə transformasiyası ilə əlaqədar qaydalar dəsti;
  • BMHS-ə uyğun standart hesabat formaları dəsti.
Sosial şəbəkələrdə Share