İdarəetmə uçotu və hesabat

BANKLARIN İDARƏETMƏ UÇOTUNUN VƏ HESABATIN TƏŞKİLİ SAHƏSİNDƏ EHTİYACLARININ TƏMİN EDİLMƏSİ SİSTEMİ

BI sistemləri Banklar Qeyri bank kredit-maliyyə təşkilatları Sığorta və lizinq

İdarəetmə uçotu və hesabat - bankların idarəetmə uçotunun və hesabatın təşkili, eləcə də bankın fəaliyyəti haqqında ümumi məlumatların ali rəhbərliyə təqdim edilməsi sahəsində ehtiyaclarının təmin edilməsi sistemidir.



Sistemin üstünlükləri

    • Məhsul Ernst&Young və Zeb/Rolfes Schierenbeck Associates şirkətlərinin MDB ölkələrinin bank biznesinin xüsusiyyətlərinə uyğunlaşdırılmış etibarlı metodoloji bazasına əsaslanır;
    • Məhsul bankda maliyyə idarəetməsi dövrünün bütün mərhələlərində tam şəffaflığı və nəzarəti təmin edir, bankın bütün təşkilati şöbələri səviyyəsində maliyyə nəticələrinin vahid şəkildə anlaşılmasına şərait yaradır;
    • Məhsul bank rəhbərliyinin həm standart, həm də qeyri-standart sorğularına əsaslandırılmış cavabları operativ şəkildə formalaşdırmaq imkanını təmin edir;
    • Məhsul idarəetmə məlumatlarının hazırlanması və idarəetmə qərarlarının əsaslandırılması zamanı insan amilini minimuma endirməklə nəticələrin sabitliyini və təkrarlanmasını təmin edir.

Sistemin modulları

Sistem bir neçə moduldan ibarətdir:

İdarəetmə uçotu və hesabat

Məhsul maliyyə rəhbərliyinin əsas suallarına cəld və əsaslandırılmış cavabların əldə edilməsinə yardımçı olmaq üçün nəzərdə tutulmuşdur:

  • Konkret idarəetmə qərarları bankın fəaliyyət nəticələrinə necə təsir göstərir?
  • Faktiki nəticələr qarşıya qoyulmuş məqsədlərlə üst-üstə düşürmü? Yayınmaların səbəbləri nədir?
  • Bank bazarın hansı seqmentlərində və məhsullarında qazanc əldə edir (və nə qədər?), hansılarında isə itkiyə məruz qalır (nə qədər?)?
  • Konkret şöbələr, filiallar və insanlar ümumi nəticəyə hansı töhfəni edir?
  • Bankın hansı məhsulları maliyyə nöqteyi-nəzərindən ən uğurludur?
  • Bank hər bir konkret müştəriyə görə nə qədər qazanc əldə edir?
  • Konkret müştəri ilə bütün kompleks münasibətləri nəzərə alaraq ona bankın məhsul və xidmətləri ilə əlaqədar xüsusi şərtlər təklif etmək mümkündürmü?
  • Bankın məhsul və xidmətlərinin maya dəyəri (standart dəyəri) nə qədərdir? Bankın məhsul və xidmətlərinin real dəyəri (maya dəyəri ilə müqayisədə) nə qədərdir?
Sosial şəbəkələrdə Share