Collection

ÖDƏNİŞLƏRİN TOPLANMASI VƏ BANK MÜŞTƏRİLƏRİNİN BORCLARININ YARANMASININ QARŞISININ ALINMASI PROSESLƏRİNİN YARADILMASI, HƏYATA KEÇİRİLMƏSİ VƏ İDARƏ EDİLMƏSİ SİSTEMİ

CRM sistemləri Riskin idarə edilməsi Banklar Qeyri bank kredit-maliyyə təşkilatları Sığorta və lizinq

Collection müştərilərin kredit məhsullarının monitorinqi, müştərinin borcunun yaranması halında bildirişlər və müxtəlif növ borcların toplanması proseslərinin icrası üçün qarşılıqlı əlaqədar kompleks alətlər sistemidir.

Üstünlükləri

    • Kommunikasiya kanalları ilə inteqrasiya;
    • Ödənişin toplanması prosesi çərçivəsində müştərilərin emalı növbələrinin yaradılması və kommunikasiya kanalları vasitəsilə müştərilərlə qarşılıqlı münasibətlərin həyata keçirilməsi;
    • Məhsulun elastikliyi (ödənişin toplanması proseslərinin sazlanması/qurulması tərtibatçılar olmadan icra edilir).

Collection prosesləri

    • Bankın kredit borclarının toplanması ilə əlaqədar əllə görülən proseslərin avtomatlaşdırılması; bu, bank əməkdaşlarına borcların emalının sürətinin artırılmasına gətirib çıxarır;
    • Soft, Hard və Legal Collection proseslərinə cəlb edilmiş bütün kommunikasiya kanalları ilə inteqrasiya;
    • Müştərinin borcu ilə əlaqədar onunla məhkəmədə məhkəmə prosesinin aparılması;
    • Müxtəlif növ borcları olan müştərilərin seqmentlərinin sonradan sistemdə emalı məqsədilə konstruksiyası modulundan istifadə.

Sistemin xüsusiyyətləri

      Collection bank üçün müxtəlif öhdəlik müddətləri olan borcların emalı funksionalını təmin edir. Borcun toplanması öhdəliyin aşkar edilməsi prosesindən başlayaraq məhkəmə iddiasının həyata keçirilməsinə qədər avtomatlaşdırılır. Modulda fiziki və hüquqi şəxslərin öhdəlikləri ilə əlaqədar toplanmış müxtəlif səviyyəli borclarının monitorinqi, həmçinin müştərilərlə onların bankla əlaqədar öhdəliklərinin yerinə yetirilməməsinin nəticələrinin tənzimlənməsi üçün əlaqələrin təşkili prosesinin dəstəklənməsi həyata keçirilir. Dəyərli müştəri ilə iş zamanı fərdi yanaşma üçün borcların yenidən strukturlaşdırılması alətləri nəzərdə tutulub.
Sosial şəbəkələrdə Share