myBank

BANK MÜŞTƏRİLƏRİNƏ UZAQDAN XİDMƏTLƏR GÖSTƏRİLMƏSİ ÜÇÜN YENİ NƏSİL İNTERNET-QOŞMA

Elektron xidmət kanalları Banklar

myBank dünyanın istənilən nöqtəsində və istənilən cihazda müştərilərə uzadan xidmətlər göstərilməsi üçün yeni nəsil internet qoşmadır. Sistem bankın müştərisinə (fiziki şəxsə) bütün maliyyə əməliyyatları növlərini həyata keçirmək imkanı verir və vidcetlərlə öz iş masasının quraşdırılması, rahat və cəlbedici istifadəçi interfeysində şəxsi maliyyə işləri üzrə genişləndirilmiş analizlər ilə əlaqədar yeni imkanlar yaradır.



Sistemin üstünlükləri

    • Adaptiv dizayn. Qoşmanın zahiri interfeysi istifadə edilən cihazın (kompüter, noutbuk, planşet) ekranına uyğun adaptasiya edilir və onun üçün avtomatik olaraq öz yeni profilini yaradır;
    • Müasir istifadəçi interfeysi. Qoşmanın dizaynı elə tərtib edilib ki, istifadəçi üçün bütün ən vacib əməliyyatlar bir neçə kliklə icra edilə bilsin;
    • Qoşmadan İnternet bağlantısının olduğu istənilən yerdə istifadə etmək imkanı;
    • Sistemdə iş təhlükəsizliyi. İnformasiyanın üçsəviyyəli mühafizəsi (səlahiyyət vermə, əməliyyatların icrası üçün giriş əldə etmək məqsədilə səlahiyyət kodunun daxil edilməsi, yeni əməliyyatların təsdiqi üçün mobil SMS kod).

Sistemin funksional imkanları

Sistem geniş spektrli əməliyyatlara giriş təmin edir:


myBank.jpg

 

  • İş masasında unikal vidcetlər sistemi. İstifadəçi öz iş masasını müstəqil surətdə quraşdıra: vidcetlər əlavə edə, onların məzmununu sazlaya, onların yerini, rəng sxemini dəyişdirə bilər;
  • Hesablardan sövdələşmələrin siyahısının daxil olduğu rahat çıxarılışlar. İstifadəçi əməliyyatların xronoloji ardıcıllıqla əks edildiyi, sabit və ixtiyari müddətlərə görə hesablardan çıxarılışı nəzərdən keçirə bilər;
  • Fiziki şəxs üçün istənilən ödənişlərin rahat icrası. İstifadəçi geniş çeşidli bank əməliyyatlarını icra edə bilər: ERİP xidmətlər ağacı vasitəsilə ödənişləri, yaddaşda saxlanmış ödəniş şablonlarının cəld təkrarı, “bir düymə ilə” bir ödənişlər qrupunun icrası;
  • Avtomatik ödənişlərin qurulması və izlənməsi. Bankın müştərisinə öz ödənişləri üçün cədvəl qurmaq imkanı təqdim edilir. Sistem göstərilən müddət ərzində göstərilən tarix başlayarkən onları avtomatik icra edəcək;
  • Öz kartları arasında və bankın müştərilərinin kartlarına köçürmələr. İstifadəçi həm bir, həm də müxtəlif valyutalarda öz kartları arasında və bankın müştərisinin istənilən kartına köçürmələr edə bilər;
  • Kreditlər, hesablar və girovlar haqqında tam məlumatlar. İstifadəçi bütün bank məhsulları: kreditlər, hesablar və girovlar haqqında bütün məlumatlardan istifadə edə bilər. İstifadəçi müqavilənin vəziyyətini, cari faiz məzənnəsini, kreditə görə ödəniş məbləğini, girovlar üzrə ödənilmiş faizlərin məbləğini nəzərdən keçirə və məhsulların hər birinə görə çıxarılış əldə edə bilər;
  • Onlayn girovun açılması. Onlayn girovun açılması üçün müştərinin bankın şöbəsinə getməsi tələb edilmir, sadəcə olaraq sistemdə bir neçə sadə addım atmaq lazımdır, bundan sonra girov avtomatik açılacaq;
  • Maliyyə təqvimi. Ödənişlərin planlaşdırılması, öz tədbirlərinin yaradılması və xatırlatmaların qəbulu üçün rahat vasitə;
  • Şəxsi maliyyə işlərinin ətraflı şəkildə nəzərdən keçirilməsi. Şəxsi maliyyə işlərinin nəzərdən keçirilməsi ilə əlaqədar funksional imkanlar: girov müqaviləsi ilə əlaqədar əlavələr və faizlərin hesablanması dinamikasının nəzərdən keçirilməsi, müqavilə üzrə qalıqların dinamikası, cari tarixlə əlaqədar şəxsi maliyyə işlərinin müxtəlif valyutalarla, filtr tətbiq edilməsi ilə icmalı imkanları genişləndirilmişdir. Maliyyə məsələlərinin icmalı ilə əlaqədar zəruri vidcetləri istifadəçinin iş masasında yerləşdirmək mümkündür;
  • Bələdçi məlumatları. myBank istifadəçiyə aktual valyuta kursları ilə tanış olmaq, ünvanların, bankın şöbələrinin iş qrafikinin, bankın və onun tərəfdaşlarının bankomatlarının qeyd edildiyi xəritəni nəzərdən keçirmək imkanını təqdim edir. Sistemdə UBTS-də (Uzaqdan Biznes Təhsili Sistemində) icra edilən istənilən ödənişlə əlaqədar qəbzi nəzərdən keçirmək və saxlamaq mümkündür;
  • Bankla interaktiv ünsiyyət. Bankın əməkdaşları ilə çatda ünsiyyət qurmaq imkanı (Contact Center sistemləri ilə inteqrasiya), müştərinin daxil olan və göndərilən ismarıclar vasitəsilə bankla yazışması. Müştərilərə reklam kampaniyaları çərçivəsində xüsusi təkliflərin göndərilməsi.
Sosial şəbəkələrdə Share