İşçi heyəti. Məvacib. Kadrlar.

İŞÇİ HEYƏTİ, ƏMƏK HAQQI VƏ VERGİLƏRİN UÇOTUNUN KOMPLEKS AVTOMATLAŞDIRILMASI

Mühasibat və maliyyə hesabatları Banklar Qeyri bank kredit-maliyyə təşkilatları Sığorta və lizinq

İşçi heyəti. Əmək haqqı. Kadrlar (HR & Payroll (İnsan qaynaqları və Məvaciblərin ödənişi - tərc.) işçi heyəti uçotunun, əmək haqqı və vergilərin hesablanmasının kompleks avtomatlaşdırılması, həmçinin kadr proseslərinin bankda və ya müəssisədə mövcud qanunvericiliyə tam uyğun şəkildə keyfiyyətli təşkilidir.

Proqramda konkret filialın və ya bütün sistemin işçi heyəti ilə iş, kadrların filiallar arası hərəkətlərinə nəzarət dəstəklənir, xülasə hesabatlarını əldə etmək imkanı var, əmək haqqı, mükafatlar, müavinətlər, 13-cü məvacib, ezamiyyətlər və xəstəliyə görə ödənişlərin hesablanması, qrup əməliyyatlarının sənədbaşı uçotu, eləcə də vergi tabelləri və istisnaları uçotu hesablanır. Mühasib yeni növ məsrəfləri və gəlirlərdən çıxılmaları yarada və konfiqurasiya edə bilər.

Üstünlükləri

      Rəhbərlər üçün

    • Əmək haqlarının, müavinət və bonusların quraşdırılması və dəyişiklikləri üzərində nəzarət;
    • Əməkdaşların şöbə və filiallar arasında hərəkətinə dair operativ məlumatlara baxış;
    • Müqavilələr, iş təcrübəsi, işçilərin təhsili, cərimələr və təşviqlər, planlaşdırılan tətillər, təcrübə müddətlərinin başa çatması haqqında məlumatların təhlili.

      Şöbələrin mütəxəssisləri üçün

    • İşçilərin yerdəyişmələri, maaşların dəyişilməsi, iş təcrübəsinə görə faizlər ilə əlaqədar qrup əməliyyatlarının həyata keçirilməsi;
    • Avans, mükafatlar və digər hesablararası ödənişlərin hesablanması ilə əlaqədar əməliyyatların cəld həyata keçirilməsi;
    • Hesablamanın icrası, əmək haqqının silinməsi və yenidən hesablanması;
    • Zəruri hesabat sənədlərinin operativ rəsmiləşdirilməsi.

İşçi heyəti.Əmək haqqı.Kadrlar sisteminin modulları:

  • Əmək haqqının uçotu;
  • Kadrlar;
  • Tabel uçotu;
  • Ştat cədvəli;
  • Fərdiləşdirilmiş uçot;
  • Vergi və Rüsumlar Nazirliyinin təftiş yoxlaması üçün hesabatlar;
  • Əmrlər;
  • Ezamiyyət uçotu;
  • Səlahiyyətlərə görə qiymətləndirmə;
  • Həyat və təqaüdlərin sığortası;
  • İşçi heyətinin tərkibi və hərəkətinin analizi;
  • Kadr alt sistemi ilə inteqrasiya şlüzü;
  • Kadrlar ehtiyatı;
  • Statistik hesabatlar;
  • İşçi heyəti ilə əlaqədar məsrəflərin təhlili;
  • Müddəalar və təlimatlar;
  • Kadrlar üzrə WEB portal;
  • İşəgötürmə.

ST.İşçi heyəti.Əmək haqqı.Kadrlar inteqrasiya edilmiş sisteminin modullarından biri məlumatların toplanması və işçi heyətinin və bütün təşkilatın işinin səmərəliliyinin qiymətləndirilməsi, eləcə də əməkdaşların əsaslı maddi stimullaşdırılması üçün idarəetmə informasiya sisteminin yaradılması üçün nəzərdə tutulmuş KPI Qiymətləndirmə moduludur.

Modulun imkanları

    • İşçinin göstəriciləri haqqında məlumatların toplanması, uçot məlumatlarının növü və əməkdaşın fəaliyyətinin nəticələrinə təsir prinsipləri kontekstində mövcud KPI göstəricilərinin uçotu;
    • Bankın əməkdaşları üçün KPI profillərinin yaradılması;
    • Hesabat ayı kontekstində bank işçilərinin KPI göstəriciləri haqqında məlumatların təmin edilməsi;
    • Seçilmiş işçilərlə əlaqədar göstəricilərin hesablanması, eləcə də onların əllə qiymətləndirilməsi sorğusu üçün məlumatların yenilənməsi imkanı;
    • Əməkdaşlar kontekstində KPI göstəriciləri ilə əlaqədar tarixi məlumatların təmin edilməsi;
    • İşçilər üçün onların səmərəliliyi göstəricilərinin tarixi ilə birlikdə fərdi qiymətləndirmə kartlarının əks etdirilməsi;
    • Alt sistemdə mövcud olan bütün məlumatlar əsasında statistik hesabatların təmin edilməsi.
Sistemnıe Texnologii şirkəti həmçinin KPI Qiymətləndirməsi modulunun tətbiqində ekspert müşayiətini də təklif edir ki, burada səmərəliliyin əsas göstəricilərinin işlənib hazırlanması və qiymətləndirilməsi, eləcə də modulun sənaye təcrübə məqsədilə işə buraxılmasının idarə edilməsi ilə əlaqədar biznes proseslərin düzgün formalaşdırılması üçün müştəri ilə sıx metodoloji əməkdaşlıq nəzərdə tutulur.
Sosial şəbəkələrdə Share