Enterprise Resource Management

İSTEHSAL VƏ ƏMƏLİYYATLARIN, ƏMƏK RESURSLARININ İDARƏ EDİLMƏSİNİN, MALİYYƏ İDARƏETMƏSİNİN VƏ AKTİVLƏRİN İDARƏ EDİLMƏSİNİN İNTEQRASİYASININ TƏŞKİLATİ STRATEGİYASI

Mühasibat və maliyyə hesabatları Banklar Qeyri bank kredit-maliyyə təşkilatları Sığorta və lizinq

Hazırkı mərhələdə maliyyə müəssisələrinin və institutlarının ERP (Enterprise Resource Planning və ya Müəssisə Resurslarının Planlaşdırılması) sinfindən olan sistemlərə ehtiyacı artır. ERP sistemi öz aralarında inteqrasiya edilmiş qoşmaların tam funksional dəstindən ibarətdir ki, bu da maliyyə, əmtəə və materiallar, istehsal və logistika, mühasibat uçotu, kadrların idarə olunması, müqabil tərəflərlə qarşılıqlı əlaqələrin tənzimlənməsi, hesabatlar kimi sahələrdə müəssisənin biznes proseslərinin planlaşdırılması, qeydiyyatdan keçirilməsi, nəzarəti, təhlili və idarə edilməsinin avtomatlaşdırılması üçün vahid mühit yaratmağa imkan verir.

Enterprise Resource Management aşağıdakı sistemlərdən ibarətdir:

  • Recruitment (İşəgötürmə);
  • Əsas vəsaitlərin idarə edilməsi;
  • Təsərrüfat müqavilələrinin idarə edilməsi.



Recruitment

Recruitment kadr və mühasibat şöbələri üçün yeganə dəstək xətti olub işçi heyətinin seçilməsi və işə qəbulu ilə əlaqədar kompleks problemləri həll etməyə imkan verir və informasiya texnologiyalarına xərcləri optimallaşdırır.

Üstünlükləri

    • Kadr işçiləri üçün ayrıca iş yeri;
    • İşəgötürmə şöbəsinin rəhbərinin iş yeri;
    • Təqdim olunmuş ərizə və bioqrafiyaların avtomatik emalı;
    • Öz fayl anbarı;
    • İş axtaranlar və müraciətlər ilə iş tarixi;
    • Qəbul edilmiş ərizəçilər haqqında məlumatların sistemin kadr modullarına yüklənməsi;
    • Bütün sistemin verilənlərindən istifadə etməklə təkmil analitika.

Sistemin xüsusiyyətləri

      Recruitment sistemi təşkilatlarda kadrların axtarışı və seçilməsi prosesinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. İşə qəbul şöbələrinin əməkdaşları modulun funksiyalarından istifadə edərək maraqlı şöbələrdən ərizə qəbulu, yaradılmış vakansiyalarla əlaqədar iş axtarıcısı bazasının idarə edilməsi və təqdim edilmiş bioqrafiyaların emalını avtomatlaşdırmaq işini qaydalara müvafiq şəkildə icra edə biləcəklər. Sistemin müxtəlif şöbələrində informasiyanın qarşılıqlı əlaqəsi ilə əlaqədar təşkilatda kadr proseslərini ən səmərəli şəkildə təşkil etməyə imkan verir.



Təsərrüfat müqavilələrinin idarə edilməsi (Contracts Management)

Təsərrüfat müqavilələrinin idarə edilməsi sistemi istənilən ölçülü və ərazi strukturlu müəssisədə təsərrüfat müqavilələrinin uçotu, idarə edilməsi və nəzarətinin tam dövrəsini təşkil etməyə imkan verir. Ödənişlərin hesablanması, mühasibat əməliyyatlarının formalaşması və onlar haqqında məlumatların toplanması və mühasibat sisteminə göndərilməsi proseslərinin avtomatlaşdırılması, analitik hesabatların formalaşdırılması hesabına sistem müqavilələrlə iş ilə əlaqədar əmək xərclərini azaltmağa imkan verəcək. Sistem müqavilələrin icraçıları, növləri, rəqib tərəflər kontekstində təsərrüfat müqavilələrinin avtomatlaşdırılmış uçotu, idarə edilməsi və həyata keçirilməsinə nəzarət üçün nəzərdə tutulmuşdur.

Üstünlükləri

    • Böyük həcmli məlumatlarla iş (100 000-dən çox obyektin daxil olduğu verilənlər bazası);
    • Xarici sistemlərlə quraşdırıla bilən inteqrasiya;
    • Xülasə hesabatlarının tərtibatı.

Sistemin funksionalı

    • Təsərrüfat müqavilələrinin avtomatlaşdırılmış uçotu;
    • Müqaviləyə əlavə sazişlərin qeydiyyatdan keçirilməsi;
    • Təsərrüfat müqavilələrinin əsas növlərinin icraçılar, təşəbbüsçülər və kontragentlər kontekstində idarə edilməsi və nəzarəti;
    • Valyuta müqavilələrinin idarə edilməsi;
    • Obyektlərin vəziyyətinə dair mühasibat qeydlərinin formalaşdırılması ilə müqavilələrə əsasən hesablama;
    • Xarici sistemlərə yükləmək imkanı ilə ümumi mühasibat qeydlərinin formalaşdırılması;
    • Hesabatların tərtibatı.


Əsas vəsaitlərin (aktivlərin) idarə edilməsi (Asset Management)

Əsas vəsaitlərin idarə edilməsi sistemi istənilən ölçülü və istənilən ərazi strukturlu müəssisədə əsas vəsaitlər və qeyri-maddi aktivlər obyektlərinin tam dövrəsini təşkil etməyə imkan verir. Uçota qoyulma, inventarlaşdırma, məlumatların mühasibat sisteminə yüklənməsi və hesabatların hazırlanması proseslərinin avtomatlaşdırılması hesabına sistem əsas vəsaitlərin uçotu üzrə əmək məsrəflərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.

Üstünlükləri

    • Həm ayrıca filialın obyektləri ilə, həm də ümumilikdə təşkilat üzrə işləmək imkanı;
    • Xülasə hesabatlarının formalaşdırılması;
    • Böyük həcmdə məlumatlarla işləmək imkanı;
    • Müvafiq hesabat sənədlərinin formalaşması ilə əsas vəsaitlərin və qeyri-maddi aktivlərin BMHS-ə uyğun şəkildə paralel uçotu;/li>
    • Ştrix-koddan istifadə yolu ilə inventarlaşdırmanın icrası;
    • Sənədlərin təsvirlərinin uçot obyektlərinə birləşdirilməsi və verilənlər bazasında saxlanması;
    • Mürəkkəb obyektlərin, alış mənbələrinin, texniki vəziyyətin, təmirlərin tarixinin və s. uçotu;
    • Həm ayrıca obyekt ilə, həm də obyektlər qrupu ilə bütün növ əməliyyatlar dəstinin icrası, obyektlərin hərəkət tarixinin saxlanması;
    • İstənilən tarix (o cümlədən keçmiş dövrlər) və istənilən müddət üzrə vəziyyətə dair kartotekanın və əməliyyatlar jurnalının elastik və rahat şəkildə nəzərdən keçirilməsi;
    • Valyuta müqavilələrinin idarə edilməsi, müqavilələrə əlavə sazişlərin uçotu və mühasibat qeydləri ilə onlarla əlaqədar öhdəliklərin hesablanması;
    • Dövlət statistika hesabatının hazırlanması, illik hesabatın tərtib edilməsi.

Sistemin funksionalı

    • Uçot obyektlərinin daxil olması və qeydiyyatdan keçirilməsi;
    • Maddi dəyərlərin və qeyri-maddi aktivlərin hərəkətinin uçotu;
    • Əsas vəsaitlərin amortizasiyasının hesablanması, müasirləşdirmələrin uçotu, müxtəlif üsullarla əsas vəsaitlərin yenidən qiymətləndirilməsi;
    • Maddi dəyərlərdə qiymətli metalların tərkibinin uçotu;
    • Yanacaq-sürtgü və istehlak materiallarının hərəkəti uçotu;
    • Marşrut vərəqələri və yanacaqdoldurma məntəqələrinə əsasən yanacağın hesablanması;
    • Təsərrüfat müqavilələrinin uçotunun idarə edilməsi və icrasına nəzarət;
    • Gələcək müddətlərə dair məsrəflərin uçotunun idarə edilməsi;
    • Mühasibat qeydlərinin formalaşdırılması və analitik hesabatların əldə edilməsi;
    • Şablonlar əsasında uçot sənədlərinin çapı.
Sosial şəbəkələrdə Share