Etibarlı idarəetmə

KREDİTORUN AKTİVLƏRİNİN ETİMADLI İDARƏ EDİLMƏSİNİ EFFEKTİV ŞƏKİLDƏ HƏYATA KEÇİRMƏK İMKANI VERİR

Pul vəsaitlərinin və qiymətli kağızların idarə edilməsi Banklar Qeyri bank kredit-maliyyə təşkilatları

Etimadlı idarəetmə sistemi (WealthManagement) kreditorların aktivlərinin etibarlı idarə edilməsini effektiv şəkildə həyata keçirmək və kimin pul vəsaitlərinin hansı həcmdə və hara sərmayə edilməsi haqqında aydın təsəvvürə malik olmaq imkanı verir.

Sistemin funksiyaları

    • Kreditorların kartotekasının təşkili və aktual vəziyyətdə saxlanması;
    • Etimadlı idarəetmə müqavilələrinin jurnalının aparılması, həmçinin etimadlı idarəetmə müqaviləsinin və eyni zamanda etimadlı hesab müqaviləsinin avtomatik qeydiyyatı;
    • Kreditorlar üçün etimadlı idarəetmə ilə əlaqədar hesabların açılması/bağlanması və onların müqavilələrin qüvvədə olduğu müddət ərzində müşayiəti;
    • Kreditorların sifarişlərinin qeydə alınması və onların icrası ilə əlaqədar nəzarətin təmin edilməsi, kreditor sifarişlərinin jurnalının aparılması;
    • Balans və qeyri-balans mühasibat sövdələşmələrinin təşkili və icrası;
    • Kurs fərqlərinin, etibarlı idarəetmədə əmlakın ədalətli dəyərinin ifrat qiymətləndirilməsi və dəyişiklikləri ilə əlaqədar əməliyyatların avtomatik icrası;
    • Belarus Respublikasının etimadlı idarəetmə ilə əlaqədar qanunvericiliyi ilə idarə edilən hesabatların formalaşdırılması.

Sistemin modulları

Etimadlı idarəetmə sisteminin tərkibinə aşağıdakı əsas modullar daxildir:

Etimadli *FEİ – fərdi etimadlı idarəetmə.

Etimadlı idarəetmə sisteminin xüsusiyyətləri:

  • İnformasiya təhlükəsizliyi və audit;
  • Sistemin inzibati idarə edilə bilməsi (müxtəlif kateqoriyalardan olan istifadəçilərin ona giriş hüquqlarının həddinin müəyyənləşdirilməsi);
  • Kurs fərqlərinin yenidən qiymətləndirilməsi və dəyişiklikləri ilə əlaqədar əməliyyatların avtomatik icrası;
  • Məhsul mərkəzləşdirilmiş və inteqrasiya edilə biləndir. Ümumi məlumatlar bazasında məhsulun bütün kreditorların və onlarla əməliyyatların konsolidasiya edilmiş mühasibatı həyata keçirilir, ümumi mühasibat formaları əldə edilir;
  • Məhsulun açıqlığı qanunvericiliyin dəyişdirilməsi, mühasibat işinin xüsusiyyətləri və s. ilə əlaqədar işə minimal xərclərlə operativ adaptasiya olmaq imkanı verir;
  • Məhsulun meydana çıxan risklərə aktiv nəzarət və monitorinq sistemi var;
  • Məhsulun modulları vahid informasiya texnologiyaları məkanında fəaliyyət göstərir.
Sosial şəbəkələrdə Share