Sənəd dövriyyəsi

ŞİRKƏTİN SƏNƏD DÖVRİYYƏSİNİN VƏ KAĞIZ İŞLƏRİNİN ELEKTRON ŞƏKİLDƏ TƏŞKİLİ VƏ SİSTEMLƏŞDİRİLMƏSİ

Sənaye avtomatlaşdırması Müəssisələr

Sənəd dövriyyəsi sistemi şirkətin sənəd dövriyyəsinin təşkili və sistemləşdirilməsinə, kağız işlərinin avtomatlaşdırılmasına və verilənlərin saxlanmasının mərkəzləşdirilməsinə xidmət edir. Sistemin arxitekturası verilənlərə məhdud girişlə vahid korporativ informasiya məkanını təşkil etməyə imkan verir. Sistemin modullarının elastikliyi onların funksionallığını (sənədlərin formalarını, onların razılaşdırılması sxemlərini, hesabatları) konkret Müştəriyə müvafiq quraşdırmağa imkan verir.

Sistemin üstünlükləri

    • Sistemin modulları konkret müştərinin ehtiyaclarına uyğunlaşdırılmışdır;
    • Bankın sənəd dövriyyəsinin kompleks avtomatlaşdırılması və nəticədə kağız işlərinə zaman və material xərclərinin azaldılması;
    • Sənədlərə giriş imkanlarını məhdudlaşdırmaqla informasiyanın mühafizəsi;
    • Sənəd dövriyyəsinin biznes proseslərinin şəffaflığı, ona nəzarət imkanı;
    • Sənədlərin tirajlaşdırılmasından və göndərilməsindən imtina edilməsi.

Sənəd dövriyyəsi sisteminin modulları

СSənəd dövriyyəsi sistemi aşağıdakı modullardan təşkil edilib:

sin.jpg

Sənəd dövriyyəsi sistemi aşağıdakı imkanları təmin edir:

  • Sənəd formasının vahid standarta əsasən doldurulmasını maksimal avtomatlaşdırmaq;
  • Sənədi elektron formada təsdiq və qeydiyyat üçün göndərmək;
  • Sənədi nəzərdən keçirən əməkdaşların şəxsi poçt qutularına bildiriş məktublarının göndərilməsini təşkil etmək;
  • Sənədlərin çapa göndərilməsi zamanı kağız üzərindəki imzalara bənzər faks imzalarından istifadə etmək;
  • Sənədlə icra edilən fəaliyyətləri izləmək üçün sənəd ilə işin protokolunu tərtib etmək;
  • Elektron rəqəmsal imzadan istifadə etmək;
  • Mobil cihazlardan istifadə edərək verilənlər bazası ilə işləmək.
Sosial şəbəkələrdə Share