Mobil əlavələr

ANDROID, IOS VƏ WINDOWS PHONE ƏMƏLİYYAT SİSTEMLƏRİNDƏ ÇALIŞAN MOBİL TELEFONLAR VƏ DİGƏR MOBİL CİHAZLAR ÜÇÜN PROQRAM TƏMİNATININ İŞLƏNİB HAZIRLANMASI

Proqram təminatının sifarişlə işlənməsi

Sistemnıe Texnologii şirkətinin iş istiqamətlərindən biri Android, iOS və Windows Phone əməliyyat sistemləri ilə çalışan mobil telefonlar və digər mobil cihazlar üçün proqram təminatı işləyib hazırlamaqdır.

Bizim aşağıdakı xidmət növlərini həyata keçirmək təcrübəmiz var:

    • Müxtəlif əməliyyat sistemləri ilə çalışan mobil cihazlar üçün proqramların işlənib hazırlanması;
    • Blackberry qurğusu üçün kitabxanaların işlənib hazırlanması;
    • Mobil cihazların telekommunikasiya imkanlarından istifadə edən proqramların işlənib hazırlanması;
    • Oyunların işlənib hazırlanması;
    • Mobil cihazlar üçün veb-texnologiyalar zəminində veb resursların və proqram təminatlarının işlənib hazırlanması;
    • WAP və ya SMS bazasında mobil xidmət və servislərin yaradılması.

Üstünlüklərimiz:

    • Şirkətimiz İT sənaye sahəsində dünya liderlərinin tətbiq etdiyi proqram məhsullarının işlənib hazırlanması və tətbiqi sahəsində müxtəlif metodologiyalardan istifadə üzrə mühüm təcrübə toplamışdır;
    • Tətbiq edilən metodologiyalar layihənin qarşıya qoyulmuş hədəf və vəzifələrinin əldə edilmiş nəticələrinin həyata keçirilməsi, ətraflı sənədləşdirilməsi və müvafiqliyinə nəzarət prosesinin “şəffaflığını” təmin edirlər, eləcə də layihə işlərinin fəal idarə edilməsi vasitəsini təqdim edirlər;
    • Hər bir layihənin idarə edilməsi xüsusiyyətlərinə uyğun gələn düzgün metodologiyanın seçilməsi layihə iştirakçılarının rollarını, vəzifə və öhdəliklərini dəqiq müəyyənləşdirmək və planlaşdırılan vaxtlarda gözlənilən nəticələr əldə etmək imkanıdır.
Sosial şəbəkələrdə Share