Application Integration, Messaging, SOA

Red Hat JBoss Fuse Service Works platforması.

İT infrastrukturu
Sistemnıe Texnologii şirkəti Red Hat JBoss Fuse Service bazasında müxtəlif növ xidmətlər təklif edir. Onların arasında aşağıdakıları qeyd etmək olar:

  • Application Integration;
  • SOA.


Application Integration

Application Integration arxitekturası müəssisənin hər hansı tətbiqi sistemində dinamik, istifadəçi yönümlü biznes proseslərini təşkil etməyə imkan verir. Öz sinfində ən yaxşı proqramların (həm Oracle, həm də kənar tərtibatçıların istehsalı olan) müştərək işi təşkil edilmişdir. Bu, öncül təcrübələrə çıxış hesabına xərcləri azaltmaq və şirkətin elastikliyini artırmağa imkan verir.

Bu arxitektura aşağıdakılara imkan verir:

    • Öz inteqrasiya layihəsini işə salmaq;
    • İnteqrasiya risklərini azaltmaq;
    • İnteqrasiya xərclərini azaltmaq.


SOA

Xidmət yönümlü arxitektura (SOA - service-oriented architecture) proqram təminatının işlənib hazırlanmasına modul yanaşma olub paylanmış, zəif qarşılıqlı əlaqəli, əvəz edilə bilən və standart protokollar üzrə qarşılıqlı əlaqə üçün standart interfeys ilə təchiz edilmiş komponentlərdən istifadəyə əsaslanır. Xidmət yönümlü arxitekturaya müvafiq hazırlanmış proqram kompleksləri adətən SOAP protokoluna əsasən qarşılıqlı təsir göstərən veb xidmətlər dəsti kimi həyata keçirilir, lakin digər tətbiq sahələri də var.

SOA prinsipləri

    • Öz interfeyslərini (müqavilələrini) nəşr etdirən informasiya sistemlərinin komponentləri kimi xidmətlər. Bu müqavilələr platformadan, proqramlaşdırma dilindən, əməliyyat sistemindən və həyata keçirilmənin digər texniki xüsusiyyətlərindən asılı deyil, xidmətlər açıq, geniş istifadə edilən standartlar vasitəsilə öz aralarında və dəstək xidmətləri ilə qarşılıqlı əlaqə saxlayırlar;
    • İnformasiya sisteminin hər bir xidmət komponenti müəssisənin biznes prosesinin ayrılmaz tərkib hissəsi olan, məntiqi əsaslandırılmış, təkrarlanan tapşırıqdan təşkil edilmiş ayrıca biznes funksiyasını icra edir;
    • Zəif bağlılıq (loose coupling). SOA əsasında qurulmuş sistemlərdə xidmətlər sistemin digər xidmətlərindən asılı olmadan həyata keçirilə bilər, yalnız istifadə edilən xidmətlərin interfeysini bilmək lazımdır.
Sosial şəbəkələrdə Share