BI, Data Integration, Data Warehousing, Data Discovery

Oracle Data Integrator, Oracle BI, Oracle Warehouse Builder, Tableau, Qlik Sense texnologiyaları.

İT infrastrukturu
Sistemnıe Texnologii şirkəti Oracle Data Integrator, Oracle BI, Oracle Warehouse Builder, Tableau, Qlik Sense bazasında müxtəlif növ xidmətlər təklif edir. Onların arasında aşağıdakıları qeyd etmək olar:

  • BI;
  • Data Integration;
  • Data Warehousing;
  • Data Discovery.


BI sahəsində xidmətlər:

Business Intelligence alətləri verilənlərin təhlili və vizuallaşdırılması vasitələri olub informasiyanın hərtərəfli təhlilinə imkan verir və böyük həcmli verilənlərə müvəffəqiyyətlə istinad etmək imkanı verir. BI alətlərindən istifadə edərək müxtəlif korporativ məlumatları təhlil etmək, onun əsasında obyektiv nəticələr çıxarmaq, əsaslandırılmış qərarlar qəbul etmək və proqnozlar etmək mümkündür.

BI sahəsində xidmətlər:

    • Korporativ səviyyəli tam miqyaslı informasiya-analitik sistemlərin yaradılması;
    • Tematik informasiya vitrinlərinin qurulması;
    • Tədqiqatların keçirilməsini və idarəetmə qərarlarının qəbul edilməsinə dəstəyi təmin edən analitik proqramların işlənib hazırlanması;
    • Çoxölçülü analiz;
    • Modelləşdirmə və proqnozlaşdırma;
    • Analitik hesabatın formalaşması.

İnformasiya-analitik sistemin tətbiqi sizə aşağıdakı imkanları verir:

    • Qərar qəbul edilməsi operativliyini və keyfiyyətini artırmaq;
    • Strateji, taktiki və operativ idarəetmənin keyfiyyətini artırmaq;
    • Əməliyyatların idarə edilməsini və əməkdaşların işini optimallaşdırmaq;>
    • Rəhbərlik və səhmdarlar üçün biznes şəffaflığını artırmaq;
    • Əlavə gəlir imkanları tapmaq.


Data Integration

Data Integration heterogen sistemlərdə aktual və yoxlanılmış informasiyaya hərtərəfli və daimi girişi təmin edir. Onun xüsusiyyətlər kompleksinə bunlar daxildir: böyük həcmli məlumatların və real vaxt rejimində qəbul edilən məlumatların hərəkəti, transformasiya, ikitərəfli replikasiya, verilənlərlə iş xidmətləri, eləcə də müştərilər və məhsullar haqqında keyfiyyətli məlumatlar.

Üstünlükləri

    • Məlumatların/verilənlərin inteqrasiyası xərclərinin azaldılması;
    • Zaman və miqrasiya xərclərinin azaldılması;
    • Məlumatların görünə bilməsi;
    • Məlumatlara nəzarət: təmizləmə, standartlaşdırma, zənginləşdirmə, adların və ünvanların, eləcə də digər biznes məlumatlarının təkrarlanmasının aradan qaldırılması;
    • Məlumatların dəqiqliyi;
    • İş vəziyyətinin dərindən anlaşılması, sürətli reaksiya vermə.

Data Warehousing

Verilənlərin korporativ anbarları müəssisələrin şöbələri arasında informasiya mübadiləsi prosesində müxtəlif mənbələrdən daxil olan məlumatlarin saxlanması, emalı və göstərilməsi üçün nəzərdə tutulmuşdur. Vahid informasiya məkanının formalaşması ilə yanaşı, korporativ anbarlar ilkin məlumatları çıxarmaq, çatdırmaq və əlaqələndirmək, onları vahid təsnifat sisteminə birləşdirmək və aktual vəziyyətdə saxlamaq imkanı verir.

Üstünlükləri

    • Informasiya sistemləri ilə əlaqədar tələblərin müəyyən edilməsi, bu sistemlərin həyata keçirilməsi ilə bağlı iqtisadi parametrlərin qiymətləndirilməsi;
    • Optimal çözüm arxitekturasının müəyyən edilməsi;
    • Sistemin proqram-cihaz platformasına texniki tələblərin tərtib olunması;
    • Tələb olunan konfiqurasiyanın seçilməsi;
    • İnformasiya anbarının istifadəçilərinin tərkibinin müəyyən edilməsi;
    • Müştərinin mövcud məlumat mənbələri ilə məlumatlar anbarının inteqrasiyası;
    • Sistemin tətbiqi və quraşdırılması;
    • Sistem istifadəçilərinin və inzibatçılarının təlimi.


Data Discovery

Data Discovery biznes analizinin ənənəvi sənaye sistemləri ilə müqayisədə analitik çözümlərin yaradılmasına alternativ yanaşma təklif edir. Data Discovery tipli çözümlər istifadəçilərə in-memory arxitekturasına əsaslanan interaktiv qrafik istifadəçi interfeysi təklif edir ki, bu da sadə və cəld BI-sistemin biznes sorğusuna müvafiqdir. Belə qərarların bazara geniş nüfuz etməsi ilk dəfə 2010-cu ildə analitiklər tərəfindən tendensiya adlandırılmışdır və o vaxtdan bəri o, öz aktuallığını itirməmişdir.

Üstünlükləri

    • İstifadəçilərə vahid interfeysin köməyilə iş və arxivləşdirmə mühitlərində platformalar arası axtarışı asanlıqla icra etmək imkanı verir;
    • Kataloq xidmətləri ilə inteqrasiya hesabına məlumatlara düzgün nəzarəti və onların məxfiliyini təmin edir ki, bu da istifadəçilərə baxmaq üçün icazələri olan məlumatları axtarmaq imkanı verir;
    • Verilənlərin öncədən indekləşdirilməsi və təyinatlarının dəyişdirilməsi hesabına məhkəmə araşdırmaları və verilənlərin elektron təminatı ilə bağlı xərcləri azaldır;
    • Təşkilata mənfi təsir göstərə bilən, nadir hallarda istifadə edilən korporativ məlumatları aşkar edir.

Sosial şəbəkələrdə Share